• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Azərbaycanda əmək pensiyası ilə bağlı təklifin bəzi detalları açıqlandı

Azərbaycanda əmək pensiyası ilə bağlı təklifin bəzi detalları açıqlandı
09.12.2016 14:42
"Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə staj müddəti məsələsi bir təklifdir. 

Bununla bağlı sadəcə müzakirələr aparılır. Ona görə də bu barədə hələ ki, dəqiq söz demək tezdir".

"Bu layihələrdə əsas məqsəd əhalinin sosial cəhətdən nisbətən az qorunan hissəsinin sosial müdafiəsinin daha güclü təşkil edilməsidir"
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya bildirib ki, bu ideyanın məğzi heç də pensiya sisteminin qəlizləşdirilməsi demək deyil: "Əksinə, təkmilləşdirilməsi ola bilər və burada reallıqlara, dünya təcrübəsinə istinad edilib. Burada söhbət nədən gedə bilər? Məsələn, dövlət qulluğuna pensiya almaq üçün iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti daha çox artırılacaq. Məsuliyyəti artdıqca imtiyazı da artacaq. Bu, tək dövlət qulluğuna yox, bütün digər işləyənlərə də aiddir. İdeyanın fəlsəfəsi odur ki, artıq insanlar kütləvi şəkildə nə olur-olsun pensiyaya çıxmağa tələsmək yox, daha çox pensiya əldə etmək və daha çox imtiyaz əldə etmək üçün şans əldə etmiş olacaqlar, bunun üçün daha çox məsuliyyətli olacaqlar. Yeni iş yerlərinin daha da çox açılması, əmək müqavilələrinin tam olaraq hər yerdə işlənməsi və sair bu kimi vətəndaşlar üçün önəmli nüanslar bu məsələdən sonra daha çox aktual olacaq. Bu təklif insanlarımızın mənafeyinə xidmət edir".
 
H. Rəcəbli bildirib ki, təkliflərdən biri də fərdi uçot məsələsi ilə bağlıdır: "Adamlar işləyəndə özlərinə pensiya ilə bağlı fərdi uçot da yaradacaqlar. Bu məsələdə paralel olaraq icra qurumlarının üzərində işlədiyi digər bir məsələ də var. Bu, əlillərlə bağlı layihədir. Bu kateqoriyadan olan vətəndaşlarımızın da pensiya alması ilə bağlı maraqlı məsələlər yer alıb. Hər iki layihə üzərində hələ ki icra strukturlarında məsləhətləşmələr aparılır, əlaqədar nazirliklərin rəylərini bildirəcək, ondan sonra parlamentə daxil olan zaman biz detallarını biləcəyik və açıqlanacaq. Amma bütün hallarda bunun mahiyyəti tam açıqlanmamış, süni şəkildə təşvişə düşməyə ehtiyac yoxdur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
İqtisadiyyat 16:54
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
ABB binasında Libraff!
İqtisadiyyat 16:31
ABB binasında Libraff!
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
İqtisadiyyat 14:21
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:20
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 10:34
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:15
Qızılın qiyməti bahalaşıb
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
İqtisadiyyat 10:07
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
İqtisadiyyat 10:07
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
İqtisadiyyat 10:06
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol