• $
  • £

Futbolçularını təyyarə qəzasında itirmiş kluba yeni baş məşqçi təyin olundu

Futbolçularını təyyarə qəzasında itirmiş kluba yeni baş məşqçi təyin olundu
10.12.2016 17:59
Futbolçularının əksəriyyətini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Vaqner Mançinidir. V.Mançini məşqçi karyerasına 2004-cü ildə "Paulista"da başlayıb. 50 yaşlı mütəxəssis həmin komandaya Braziliya Kubokunu qazandırsa da, həmin ildən etibarən 13 klub dəyişib.  

Qeyd edək ki, "Şapekoense" oyunçularının olduğu təyyarə noyabrın 29-da qəzaya uğrayıb. Nəticədə 22 futbolçudan 19-u, eləcə də Vaqner Mançininin baş məşqçi postunda əvəzlədiyi Kayo Junior dünyasını dəyişib. Cənubi Amerika Kubokunda Kolumbiya "Atletiko Nasyonal"ı ilə görüşə yollanarkən, bədbəxt hadisə ilə üzləşən komanda turnirin qalibi elan olunub. Habelə, Braziliya və Kolumbiya yığmaları aviaqəza qurbanları xatirəsinə yoldaşlıq görüşü keçirəcəklər. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol