• $
  • £

Çempionlar Liqasının 1/8 final mərhələsində kimlər qarşılaşacaq?

Çempionlar Liqasının 1/8 final mərhələsində kimlər qarşılaşacaq?
12.12.2016 11:12
Bu gün İsveçrənin Nyon şəhərində planetin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

ANN.Az Sport7.az-a istinadən xəbər verir ki, püşk son 16 klubu bir-birinə rəqib edəcək.

1/8 final iştirakçıları qrup mərhələsinin nəticələrinə görə, iki səbətə bölünüblər. Səkkiz qrupun qalibi ("səpələnmiş komandalar") ikinci yeri tutan komandalarla qarşılaşacaq. Lakin eyni qrupda yer alan və ya eyni ölkəni təmsil edən komandalar bir-biri ilə düşə bilməyəcək.

Səkkiz "səpələnmiş" komanda siyahısına İngiltərənin "Arsenal" və "Lester", İtaliyanın "Napoli" və "Yuventus", İspaniyanın "Barselona" və "Atletiko", Fransanı təmsil edən "Monako", Almaniyanın "Borussiya Dortmund" klubu daxildir. Onlar PSJ (Fransa), "Benfika" və "Portu" (Hər ikisi Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Bavariya" və "Bayer" (Hər ikisi Almaniya), həmçinin "Real" və "Sevilya" (Hər ikisi İspaniya) ilə qarşılaşa bilərlər.

UEFA-nın mənzil qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Bu mərhəin ilk oyunları 2017-ci ilin 14-15 və 21-22 fevral tarixlərində öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları 7-8 və 14-15 mart tarixlərinə təyin olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol