• $
  • £

Azərbaycan cüdoçusu dünya reytinqində mütləq liderliyə yüksəldi

Azərbaycan cüdoçusu dünya reytinqində mütləq liderliyə yüksəldi
12.12.2016 19:52
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. 

ANN.Az report-a istinadən xəbər verir ki, 2016-cı ilin yekun sıralamasında Avropa çempionu, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) yeni nailiyyətə imza atıb. 

25 yaşlı cüdoçu 3010 reytinq balı yığaraq həm öz çəkisində 1-ci yerini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Orucov neçə ildir bu göstəriciyə görə lider olan, ikiqat olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (+100 kq, 2800 xal) geridə qoyub.

"Rio-2016" olimpiadasında Azərbaycana daha bir gümüş medalı qazandıran Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir.
60 kq-dakı Orxan Səfərov da bütün rəqiblərini qabaqlayaraq 1854 xalla liderliyi ələ keçirib. Bu çəkidə mübarizə aparan daha bir cüdoçu İlqar Müşkiyev də 2 pillə irəliləyərək 1073 xalla 12-ci yerdə qərarlaşıb.

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə ötən ayla müqayisədə 1002 xal qazanaraq 9-cu pilləyə yüksəlib.

Digər iki cüdoçu - Məmmədəli Mehdiyev və Uşanqi Kokauri (+100 kq) reytinq cədvəlində öz yerlərini qorumağa müvəffəq olublar. Mehdiyev 806 xal ilə 20-ci, Kokauri isə 866 xalla 18-ci yerdə qərarlaşıblar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol