• $
  • £

BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını davam etdirəcək

BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını davam etdirəcək
15.12.2016 18:56
BP bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan tərəfdaşlığının müddətini uzatmaq qərarına gəldiyini elan etdi. Tərəfdaşlıq müddəti ərzində BP ölkənin milli komandalarına və bir qrup seçilmiş idmançılara 2020-ci ilin sonunadək dəstək verməyə davam edəcək.

Şirkətdən ANN.Az-a verilən məlumata görə, BP ilkin sazişi London 2012 Oyunlarından əvvəl 2012-ci ilin yanvar ayında imzalanıb və həmin vaxtdan etibarən bu tərəfdaşlıq sazişinin müddəti iki dəfə uzadılıb (2013-cü ildə 2016-cı ilədək və hazırda 2020-ci ilədək). Bu tərəfdaşlıq BP şirkətinə ölkədəki idmanın inkişafına dəstək olmaq istiqamətində Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə sıx işləmək imkanı yaradıb. Bu tərəfdaşlıq çərçivəsində həmçinin bir qrup milli idmançıların Olimpiya və Paralimpiya Oyunları kimi mötəbər beynəlxalq idman yarışlarına hazırlanmasına dəstək göstəriləcək, habelə Azərbaycanda elit idmançıların inkişafına yardım ediləcək.

Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Azərbaycana dəstəklərini davam etdirəcəklərini deyib:
 
"Məmnuniyyətlə elan etmək istəyirik ki, biz 2020-ci ilin sonunadək Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşı olmağa davam edəcəyik. Biz həmçinin BP ailəsinin üzvləri olan idman elçilərimizlə əməkdaşlığın davam etməsindən də məmnunluq duyacağıq. Onlar tərəfdaşlığımızın başladığı andan etibarən bütün mötəbər idman tədbirlərində BP kollektivi üçün və həqiqətən də Azərbaycan xalqı üçün qürur mənbəyi olub. İdman elçilərimiz yarışlara və Azərbaycan üçün medallar qazanmağa hazırlaşdığı müddətdə onlara dəstəyimizi davam etdirəcəyik. BP növbəti il Azərbaycanda öz fəaliyyətinin 25 illiyini qeyd etməyə hazırlaşır. Buradakı fəaliyyətimiz ərzində biz ölkədəki həyatın bir çox aspektlərində yaxından iştirak etmişik, fəaliyyətimizi təhlükəsiz və səmərəli şəkildə apararaq bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər, icmalar və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıqlar qurmuşuq. Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə bağlanılmış sazişin müddətinin uzadılması BP şirkətinin etibarlı tərəfdaş kimi ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir.”

Tədbirdə iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə BP şirkətinin təkcə Azərbaycanın neft və qaz sənayesinin deyil, həm də ölkədə idmanın inkişafına dəstək göstərdiyini vurğulayıb:
 
"2013-2016-cı illəri əhatə edən Olimpiya dövründə bu əməkdaşlıq kifayət qədər zəngin olmuşdur. Beləki, BP ilə həyata keçirdiyimiz birgə layihələrdən minlərlə könüllü, yüzlərlə idmançı, onlarla məşqçi faydalana bilmişdir. 2014-2016-cı illəri əhatə edən və Maykl Consonun birgə iştirakı ilə həyata keçirilən "Elit idmançıların təlim və inkişaf proqramını" xüsusilə vurğulamaq istərdim."

Mərasimdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov BP  şirkəti  ilə  rəsmi  tərəfdaş  olmağımızla  qürur  duyduğunu ifadə edib: "Biz  bilirik  ki, BP şirkəti  Beynəlxalq  Paralimpiya  Komitəsi  ilə  yanaşı,  dünyanın  10  ölkəsinin, o  cümlədən Azərbaycanın Milli Paralimpiya  Komitəsi  ilə  tərəfdaşdır. Bu  humanist  addım  bizi  sevindirir və BP  şirkəti  ilə  rəsmi  tərəfdaş  olmağımızla  qürur  duyuruq. Əminəm ki, bu gün rəsmi  tərəfdaşlığımızın  davam  etdirilməsi  məqsədi  ilə imzalayacağımız  sənəd  ölkəmizdə  paralimpiya  hərəkatının  daha  da sürətlə inkişaf  etdirilməsi ilə, növbəti  ilin  may  ayında keçiriləcək "Bakı-2017” IV İslam  Həmrəyliyi  Oyunlarında və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında paralimpiyaçılarımızın daha da yüksək nəticələr əldə etmələrinə  böyük töhfə verəcək.”
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol