"Real"ın cəzası azaldıldı
FİFA-nın "Real”a tətbiq etdiyi transfer qadağasına yenidən baxılıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, məsələyə baxan Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CAS) Madrid klubunun cəzasını yüngülləşdirib.
CAS FİFA-nın kəsdiyi iki növsümlük transfer qadağasının birini ləğv edib. İspaniya klubu artıq cari mövsümün sonunda transferlər həyata keçirə bilər.
Qeyd edək ki, 18 yaşadək futbolçuların transferində yol verdikləri qayda pozuntusuna görə Madridin "Real” və "Atletiko” klublarına bu ilin sentyabrında FİFA tərəfindən transfer qadağası qoyulmuşdu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox