• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Yosunlardan süni dəri yaradılıb

Yosunlardan süni dəri yaradılıb
22.12.2016 21:02
Çili Katolik Universitetinin (Santiago's Catholic University of Chile) professoru Tomas Eqan əsasını təmiz suda və dəniz ekosistemlərində rast gəlinən mikroyosunların təşkil etdiyi, prinsipcə, yeni süni dəri yaradıb.
 
Digər süni dəri variantlarından fərqli olaraq yaşıl süni dəri fotosintez vasitəsilə oksigen, eləcə də genetik baxımdan modifikasiya edildikdə oksigenlə yanaşı, məsələn, sətəlcəmə qarşı və regenerasiya təsirli antibiotik və molekullar hasil edə bilir.

"ICTnews” Elektron Xəbər Xidməti "Medportal” resursuna istinadən yazır ki, süni dəri yaradıcıları gec-tez onda qan damarlarının olmaması problemi ilə rastlaşırlar. Onlar mövcud olmadıqda isə dərini oksigenlə təchiz etmək qeyri-mümkündür. T.Eqan qeyd edib ki, süni dərinin oksigensiz bədənə necə uyğunlaşacağı və nə qədər ömür sürəcəyi naməlumdur. Professorun kəşf etdiyi mikroyosunlar dəridə 10 günədək yaşayır və bu müddət ərzində "transplantat” dəriyə yerləşdirilir və rəngini itirir. Professorun fikrincə, belə dəri vasitəsilə yanıqlardan tutmuş, açıq yaralaradək müxtəlif travmaları müalicə etmək mümkündür. O, havanın dəriyə daxil olmasına mane olmayaraq sağalmaya imkan verir və orqanizmə infeksiyanın düşməsini qoymur. 

Belçikalı plastik cərrah Haydi Debels yosunlu dərini "yaradıcı həll” adlandırıb. O bildirib ki, adətən yaraya sarılan süni dəri zədələnmiş toxumalara oksigen və qidalı maddələri almağa mane olur, lakin professor T.Eqanın kəşfində bu çatışmazlıqlar aradan qaldırılıb. Artıq yosunlu dəri heyvanlar üzərində sınaqdan keçirilib və 2017-ci ildə insanların iştirakı ilə testlərin baş tutacağı gözlənilir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Dünya 14:20
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Dünya 12:13
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Dünya 11:26
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Dünya 09:54
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Dünya 09:48
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Dünya 00:55
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Netanyahu İran xalqına müraciət edib
Dünya 00:02
Netanyahu İran xalqına müraciət edib
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Dünya 23:45
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Balıkesirdə yenidən zəlzələ olub
Dünya 23:41
Balıkesirdə yenidən zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol