• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Azərbaycan və Rusiya Ombudsmanları arasında saziş imzalanıb

Azərbaycan və Rusiya Ombudsmanları arasında saziş imzalanıb
28.12.2016 12:36
Bakıda "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf" mövzusunda konfrans keçirilib.
 
Konfrans Azərbaycanın müstəqilliyinin 25 illiyinə, Azərbaycanda "Multikulturalizm ili"nə və Ombudsman haqda Konstitusiya Qanununun qəbul olunması ilə ilk Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunub. Tədbirdə Ombudsman Elmira Süleymanova hesabat xarakterli məruzə ilə çıxış edib. O, 15 ildə görülən işlər haqda məlumat verib.
 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, multikulturalizmin Azərbaycan modeli dünyada öyrənilir.
 
Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çıxış edib. O qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsini dondurmağa çalışır:
 
"Azərbaycan buna imkan verməyəcək, işğal faktı ilə barışmayacaq. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar qəbul edib, lakin münaqişə hələ də həllini tapmayıb. Sual olunur, biz qoşulduğumuz hansı konvensiyanı icra etməmişik? Biz kimin torpağını işğal etmişik? İndiyə kimi Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin saxlanmasına 6,2 milyard manat vəsait xərcləyib".
 
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, son 15 ildə Azərbaycan insan hüquqları sahəsində bır sıra uğurlar qazanıb:
 
"Azərbaycanda insan hüquqları sahəsində inkişaf göz önündədir".
 
Rusiya ombudsmanı qeyd edib ki, Azərbaycanda müxtəlif dini konfenssiyalar və milli azlıqlar bərabər hüquqlu vətəndaş kimi yaşamaqdadırlar.
 
T. Moskalkova onu da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi-siyasi sahədə ciddi nailiyyətlər əldə edib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, E. Süleymanova həyatını xalqa, vətənə həsr edib.
 
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, Ombudsman bu 15 ildə çox səmərəli fəaliyyət göstərib.
 
Tədbirdə Azərbaycan və Rusiya Ombudsmanları arasında iki tərəfli əməkdaşlıq sazişi imzalanıb. Sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova imzalayıblar. //APA

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol