Daha bir ulduz futbolçu Çinə gedir
Rusiyanın "Zenit" klubunun futbolçusu Aksel Vitsel karyerasını Çində davam etdirəcək.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi Çinin "Tyanszin Çyuançzyan” klubu ilə yaxın günlərdə 3 illik müqavilə imzalayacaq.
25 yaşlı futbolçunun ilinə 25 milyon avro təklif edilib.
Bu transfer üçün çinlilər "Zenit"ə 7 milyon avro ödəyəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox