• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Bakıda birinci şahmat turniri başladı – FOTO

Bakıda birinci şahmat turniri başladı – FOTO
05.01.2017 11:35
Bakıda bu ilin ilk şahmat turniri – Fuad Cəfərov Memorialı start götürüb.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, şahmat festivalının proqramında bir neçə turnir yer alır – rapid, blits, uşaq (10 yaşa qədər), beynəlxalq reytinqin nəzərə alınması ilə açıq turnir və beynəlxalq qrossmeyster norması ilə baş turnir.

Turnirlərdə beş ölkənin (Rusiya, Fransa, Gürcüstan, İran və Azərbaycan) idmançıları iştirak edir.

 
 
Ümumiyyətlə, turnirlərdə müxtəlif səviyyəli 200 şahmatçı iştirak edəcək.  

Komanda blits-turnirində Azərbaycan şahmatının bir nömrəli idmançısı – Şəhriyar Məmmədyarov da iştirak edib. Doğrudur, onun tərəfdaşı – gənc şahmatçı Talıbov Üzeyir öz yoldaşını yetərincə dəstəkləyə bilməyib və onların komandası 22 komanda arasında 6-cı olub. Ən yaxşı isə 11 xal toplayan Sankt-Peterburq komandası olub. Qrossmeysterlər Denis Yevseyev və İrina Sudakova Bakıdan xatirə diplomu və pul mükafatını aparacaqlar. 
İsveçrə sistemi üzrə uşaq turnirində 7 turda 34 gənc şahmatçı yarışır. 

 
 
Açıq turnirdə 62 idmançı oynayır. "Caspian Guest House” hotelində beynəlxalq qrossmeyster və ya usta adı uğrunda mübarizə aparılan baş turnirdə, hər birində 3 şahmatçının olduğu 4 komanda yarışır. Ekspertlər komandasında təcrübəli qrossmeysterlər (Rusiyadan Denis Yevseyev, Gürcüstandan Benidze David və Bakıdan Ülvi Bacarani) imtahançı qismində iştirak edirlər. "Balion”, "Caspian” və "Young Stars” komandalarının idmançıları isə imtahanı uğurla verib, öz ad və reytinqlərini yüksəltməyə ümid edirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO
İdman 09:25
Azərbaycan millisi Bakıda belə qarşılandı - FOTO
İngiltərədə futbolçulara analıq məzuniyyətinə çıxmağa icazə verilib - FOTO
İdman 18:00
İngiltərədə futbolçulara analıq məzuniyyətinə çıxmağa icazə verilib - FOTO
“Başakşehir” Mahir üçün “Legiya”ya 750 min avro təklif edib
İdman 22:11
“Başakşehir” Mahir üçün “Legiya”ya 750 min avro təklif edib
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Cəmiyyət 22:21
Əməkdar məşqçi koronavirusdan vəfat etdi - Foto
Şəhriyar Məmmədyarovdan heç-heçə
İdman 21:54
Şəhriyar Məmmədyarovdan heç-heçə
Azərbaycanlı futbol məşqçisi dünyasını dəyişdi - Foto
İdman 18:30
Azərbaycanlı futbol məşqçisi dünyasını dəyişdi - Foto
İdmançımız qızıl medal qazandı
İdman 23:28
İdmançımız qızıl medal qazandı
“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - Fotolar
İdman 23:50
“Mançester Yunayted” Mxitaryanın əvəzinə azərbaycanlını işarələdi - Fotolar
Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video
İdman 11:54
Zabit Səmədov nokaut etmişdi, koronavirusdan öldü - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol