• $
  • £

Bakıda cüdo üzrə beynəlxalq seminar başlayıb

Bakıda cüdo üzrə beynəlxalq seminar başlayıb
06.01.2017 13:03
Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar başlayıb.

"Report"un məlumatına görə, yanvarın 6-da start götürən seminarda 100-ə yaxın ölkədən 400 nümayəndə heyəti iştirak edir.

Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və İJF prezidenti Marius Vizer arasında görüş keçirilib. R.Abdullayev və M.Vizer görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Daha sonra seminarın açılışı olub. Açılışda çıxış edən R.Abdullayev cüdo kimi populyar növ üzrə belə böyük bir tədbirin Bakıda keçirilməsindən şərəf duyduqlarını bildirib. O, belə tədbiri Azərbaycana həvalə etdiyi üçün İJF-yə minnətdarlığını bildirib. ACF rəhbəri son illərdə Azərbaycanda cüdonun inkişafından danışıb. 
İJF prezidenti isə çıxışında seminarın əhəmiyyətindən danışıb. O, qaydalardakı dəyişikliklərə toxunub.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar iki gün davam edəcək. Seminarda İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri iştirak edir. Məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yenilikləri həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol