• $
  • £

Şahmat festivalı sona çatır

Şahmat festivalı sona çatır
09.01.2017 11:55
Bakıda Fuad Cəfərovun xatirəsinə həsr olunmuş Şahmat festivalı sona çatır. 

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, artıq komandalar arasında blits, rapid və uşaqlar arasında turnir sona çatıb. 

Xəbər verdiyimiz kimi, komandalar arasında blitsdə Sankt-Peterburq şahmatçıları qalib olublar. 

57 şahmatçının iştirak etdiyi Rapid turnirində Bakıdan olan gənc şahmatçı Əhməd Əhmədzadə uğurla çıxış edib. Keçirdiyi yeddi partiyada, o, rəqiblərinə yalnız yarım xal verib. 

İkinci yeri 6 xal ilə Rəşad Zeynallı, üçüncü yeri isə 5,5 xal ilə Emin Novruzov tutub. 

Qızlar arasında ən yaxşı nəticəni Aysel Məmmədova göstərib. O, 7 görüş nəticəsində 5 xal toplayıb. 
 

 
Uşaqlar arasında turnir çox gərgin keçib, qaliblər yalnız son partiya başa çatdıqdan sonra müəyyən edilib. 

Ən yaxşı nəticəni 5,5 xal ilə üç nəfər göstərib. Əlavə göstəricilər Elcan Abdulkərimlidə yüksək olub. İkinci mükafatı İsmayıl Süleymanlı, üçüncü mükafatı isə Tunar Davudov qazanıb.  

Qızlar arasında əsas mükafatı Bakıdan olan şahmatçı Aydan Şükürova qazanıb. 5 xal qazanan şahmatçı cədvəldə də 5-ci yeri tutub.   
 
 
 
Açıq (Open) turnir və festivalın əsas turniri yanvarın 11-də başa çatacaq. Hələlik açıq turnirdə 6 şahmatçı liderlik edir. 
 
 
 
Ekpsert qrosmeysterlərin komandası birinci yerdədir. Gənc şahmatçılar yalnız lokal tapşırıqların - normaların yerinə yetirilməsi və reytinqin yüksəldilməsi üçün mübarizə aparırlar. 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol