• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

İlham Əliyev Naxçıvanın hərbi potensialını yüksək qiymətləndirdi

İlham Əliyev Naxçıvanın hərbi potensialını yüksək qiymətləndirdi
11.01.2017 23:09

Naxçıvanın hərbi potensialı  lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir: 

"Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb”.

Prezident İlham Əliyev bildirib ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır: "Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu, onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır”.
 
Dövlət başçısı bildirib ki, Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir: 

"Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb. İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır”


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol