• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Baş nazirin müavinlərini dəyişdi

Baş nazirin müavinlərini dəyişdi
14.01.2017 15:57
Türkmənistanın prezidenti Qurbanqulu Berdıməhəmmədov prezident və Türkmənistan hökumətinin aparatını idarə edən baş nazirin müavinləri Şaməhəmməd Durdıliyevi və Satlıq Satlıkovu tutduqları vəzifədən azad edib. 

Oxu.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli KİV məlumat yayıb. 

Dövlət başçısı müvafiq qərarı hökumətin 2016-cı ilin yekunlarına həsr olunmuş geniş iclasında qəbul edib. İnşaat və elektrik enerjisi sahəsinə cavabdeh olan Şaməhəmməd Durdıliyev Aşqabadın meri, nəqliyyat və rabitə sahəsinə kuratorluq edən Satlıqk Satlıkov isə Balkan vilayətinin (Türkmənistanın qərbində) rəhbəri təyin edilib. 

Baş nazirin yeni müavinləri bu vaxta qədər Türkmənistanın dəmiryol nəqliyyatı naziri vəzifəsini tutan Bayram Annameredov və "Turkmenatoyollar” Dövlət Konserninin sədri Dadebay Amangəldiyev təyin edilib. Annameredov hökumətdə nəqliyyat və rabitəyə, Amangəldiyev isə inşaat və energetika məsələlərinə görə məsuliyyət daşıyacaq.

Dövlət başçısı Məmmədniyaz Nurməmmədovu kommunal tәsәrrüfat naziri vəzifəsindən azad edərək, prezident və Türkmənistan hökumәti aparatının işlərinin idarəçisi təyin edib.

Prezident Mıratniyaz Abilovu türkmən paytaxtının meri vəzifəsindən azad edərək, kommunal təsərrüfat naziri təyin edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Dünya 13:32
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol