• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verildi

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verildi
15.01.2017 18:32
Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verilib.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 13 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb.
 
Mülki Məcəlləyə əsasən  ipoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin, yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı emitentin tələb hüquqları çıxış edir. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bankın qiymətli kağızları və ya emitentin Mərkəzi Bankda saxlanılan depozitləri, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarından ibarət ola bilər.
 
 "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanına əsasən Nazirlər Kabineti ipoteka örtüyünün əlavə aktivlərinə daxil ola biləcək dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlarını müəyyən etməli idi. Fərmana edilən dəyişikliyə əsasən Nazirlər Kabineti bu sahədə yalnız həmin dövlətlərin müəyyən edilməsi meyarlarını hazırlayacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası isə Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara uyğun olaraq, müvafiq dövlətlərin siyahısının özünün rəsmi internet səhifəsində dərc edilməsini və mütəmadi olaraq yenilənməsini təmin edəcək.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI
İqtisadiyyat 09:56
İşsizlik artacaq - Ekspertdən HƏYƏCAN SİQNALI
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslər - SİYAHI
İqtisadiyyat 08:34
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslər - SİYAHI
Nazirlik:
İqtisadiyyat 08:00
Nazirlik: "Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - ÖZƏL
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
İqtisadiyyat 07:56
Yeni yaradılan iqtisadi mərkəz islahatları sürətləndirəcəkmi?- Ekspert rəyləri
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
İqtisadiyyat 04:21
Neftin qiyməti kəskin enəcəkmi ? - Ekspertlər açıqlayır
“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı
İqtisadiyyat 02:01
“Pegasus” Azərbaycandan uçuşları müvəqqəti dayandırdı
Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT
İqtisadiyyat 01:11
Lisenziyaların ləğv edilməsi devalvasiya ilə əlaqədardır - EKSPERT
Deputat xarici şirkətlərin Azərbaycandan getmə səbəbini AÇIQLADI
İqtisadiyyat 00:44
Deputat xarici şirkətlərin Azərbaycandan getmə səbəbini AÇIQLADI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol