• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

SOCAR: Devalvasiya qazın qiymətini artırmağa məcbur etdi

SOCAR: Devalvasiya qazın qiymətini artırmağa məcbur etdi
17.01.2017 12:10
"SOCAR istər ölkə daxilində, istərsə də ölkə xaricində öz fəaliyyətini çox uğurla həyata keçirir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində biz 2015-ci ili zərərlə başa vurduq".
 
ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.
 
Onun sözlərinə görə, 2016-cı ilin audit olunmuş 6 aylıq maliyyə hesabatlarına əsasən SOCAR hesabat dövründə 550 mln. dollar məbləğində mənfəət əldə edib:
 
"Dövlətin bizə verdiyi böyük dəstək nəticəsində ölkə daxilində təbii qazın qiymətinin manatın devalvasiyası nəticəsində ucuz, şirkətin maya dəyərindən aşağı qiymətə satışını nəzərə alaraq Tarif Şurası tərəfindən təbii qazın qiymətində artım həyata keçirilib. Təbii qazın qiymətinin artımı əhalinin əksər hissəsinə təsirinin azaldılması üçün ilkin olaraq müəyyən olunan illik 1500 kubmetrlik limit 1700 kubmetrə qədər artırılıb. Bütün bunlar qiymət artımının ümumi abonentlərin əksər hissəsinə təsirinin qarşısını alıb. Təbii qazın qiymətinin artırılması SOCAR-ın əsas məhsulu olan təbii qazın satışından əldə olunan gəlirlərin qismən artırılmasına imkan yaradıb. Çünki devalvasiya nəticəsində biz Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından xüsusi ilə daxili tələbatı təmin etmək üçün külli miqdarda - təxminən istehlakın yarısı səviyyəsində dollar ifadəsində təbii qazı satın alırıq.
 
Buna görə də, manatın devalvasiyasına qədər alınan malların ölkədaxili satışı ilə manat ifadəsində olan satışımızda çox da böyük olmayan zərər yarandığı halda həmin zərər digər xam neftin satışı ilə əldə olunan gəlir hesabına tam örtülürdü. Amma həm neftin qiymətinin aşağı düşməsi, həm də manatın devalvasiyası bizi məcbur etdi ki, biz dövlət, aidiyyatı qurumlar qarşısında təbii qazın qiymətinin artırılması məsələsini qaldıraq.
 
Ən azı bizə başa gələn xərclər səviyyəsində təbii qazın satışı təmin olunmalı idi. Burada da müxtəlif differensasiya olunmuş qiymətlər tətbiq olundu. Əsas istehlakçımız olan elektrik enerjisinin istehsalını həyata keçirən "Azərenerji" ASC üçün satdığımız qazın qiyməti təxminən 120 manat çərçivəsində, Naxçıvana satdığımız qaz 75 manat çərçivəsində, əsas kommersiya qurumlarına satılan qaz isə 200 manat və illik 1700 kubmetr qaz istehlak edən əhali təbəqəsi üçün 100 manat olaraq qaldı. Bu qiymət artımı və həmin dövrdə manatın dollara kursunun 1 manat 60 qəpik kursunda SOCAR-ın bu əməliyyatda nə zərərinin, nə də mənfəətinin sıfır zərərsizlik bir nöqtəsi kimi tanınıb.
 
Təbii ki, manatın dollara nəzərən məzənnəsi dəyişdikcə, bizim riskimiz artır. Təbii qazın alışından yaranan bu fərq bizim maliyyə nəticələrinə mənfi təsir göstərəcək. 2016-cı ilin maliyyə audit hesabatı tam hazır olmasa da biz ümid edirik ki, SOCAR-ın ümumi maliyyə təsərrüfat fəaliyyətinin nəticələri bizi qorxudacaq səviyyədə olmayacaq. Ən azı 6 ayda 550 milyon dollarlıq mənfəət olduğu halda, ümid edirik ki, il ərzində həmin mənfəət qorunub saxlanacaq".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol