• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Lütfi Zadəyə ağır itki

Lütfi Zadəyə ağır itki
18.01.2017 09:57
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin həyat yoldaşı Fey Zadə yanvarın 17-də vəfat edib.

Bu barədə Oxu.Az-a AzTU-nun texnika elmləri doktoru, Lütfi Zadənin elmi irsinə həsr olunmuş "Soft Computing” üzrə Ümümdünya Konfransının Baş katibi, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova məlumat verib.

Ş.Şahbazova Fey Zadə ilə bağlı maraqlı xatirlərini bölüşüb:

"O, çox açıqürəkli, səxavətli, ağıllı və gözəl insan idi. Mənim onunla bağlı çox xatirələrim var. 

15 dekabr 2016-ci ildən 15 fevral 2017-ci ilə qədər ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində elmi-tədqiqat işimlə əlaqədar demək olar ki, hər gün Lütfi və Feyi ziyarət edirəm. Bu ağır gündə professor Lütfi Zadəyə dəstək olaraq güclü olmağı tövsiyə edirəm.


Mən "Fulbright” qrantını 2007-ci ildə qazanaraq Berklidə olarkən Fey Zadə ilə görüşüb dostlaşmışam. O, elə mənəviyyatlı xanım idi ki, onu sevməmək mümkün deyildi. Mən onun mehriban, hörmətli, diqqətli söhbətlərini yaxşı xatırlayıram. O, mənə qarşı çox qayğıkeş, səmimi və mərhəmətli idi. 2007-ci ildən indiyə qədər bizim dostluğumuz ona gətirib çıxardı ki, mən onların ailə üzvünə çevrildim. Mən elə hiss edirəm ki, anamı bir daha itirdim”. 

Allah rəhmət eləsin!

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol