İran Suriyada mobil rabitə şəbəkəsi quracaq
İran Suriya ilə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə dair saziş çərçivəsində bu ölkədə mobil rabitə şəbəkəsini istifadəyə verəcək.
ANN.Az APA-ya istinadən xəbər verir ki, İran-Suriya sənədlərinin imzalanması mərasimində Suriyanın baş naziri İmad Həmid və İranın vitse-prezidenti İshaq Cahangiri iştirak edib. Bir neçə milyard dollarlıq maliyyə dəstəyini nəzərdə tutan beş protokolun imzalandığı bildirilir.
Qeyd edək ki, İranın mobil telekommunikasiya şirkətinin səhmlərinin nəzarət paketini 2009-cu ildə əldə edən İslam İnqilabının Keşikçilər Korpusu ölkənin telekommunikasiya bazarının böyük hissəsinə nəzarət edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər