• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

"Şahdəniz-1" üzrə Gürcüstana və Türkiyəyə verilən qazın həcmi açıqlandı

18.01.2017 11:44
Hazırda "Şahdəniz" yatağında 8 işləyən quyudan gündə orta hesabla 29,5 mln. kubmetr qaz və 6,5 min ton kondensat hasil olunur.
 
ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika" qəzetinə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, işlənmənin əvvəlindən "Şahdəniz" yatağından 78,4 mlrd. kubmetr qaz və 19,6 mln. ton kondensat çıxarılıb. "2017-ci il yanvarın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 mlrd. kubmetr, Türkiyəyə isə 43,8 mlrd. kubmetr qaz verilib.
 
Hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 mln. kubmetr və Türkiyəyə 18,5 mln. kubmetr qaz nəql edilir. Nəhayət, bunu da deyim ki, 2016-cı ildə Azərbaycanda 41 mln. tondan artıq neft və 29,4 mlrd. kubmetr qaz hasil edilib. Neftin 7,5 mln. tonunu və qazın 6,3 mlrd. kubmetrini SOCAR hasil edib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və "Şahdəniz" konsorsiumları isə ötən il 33,5 mln. ton neft və 23,1 mlrd. kubmetr qaz çıxarıblar", - deyə o bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol