Corc Buş xəstəxanaya yerləşdirilib
ABŞ-ın sabiq prezidenti böyük Corc Buş Qerbert Hyustonda xəstəxanaya yerləşdirilib.
ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə yerli "KHOU 11” telekanalı keçmiş ABŞ liderinin nümayəndəsinə istinadən məlumat verib.
Telekanal 92 yaşlı sabiq prezidentin həyatının təhlükədə olmadığını bildirib. Onun bir neçə gün sonra evə buraxılacağı gözlənilir.
Sabiq dövlət başçısının xəstəxanaya yerləşdirilməsinin səbəbi göstərilmir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər