• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Bakı funikulyoru pullu oldu – VİDEO

Bakı funikulyoru pullu oldu – VİDEO
18.01.2017 16:37
9 aylıq fasilədən sonra Bakı Funikulyoru fəaliyyətini bərpa edib.
 
ANN.Az xəbər verir ki, Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov istipress-ə açıqlamasında bildirdi ki, keçən müddət ərzində funikulyorun həm binasında, həm də qatarların hərəkət etdiyi yolda yeniləmə işləri həyata keçirilib. Relslər və digər qurğular yenilənib.

Funikulyor yenidən fəaliyyətə pullu olaraq başlayıb. Ondan istifadə paytaxt sakinləri və qonaqlara 50 qəpiyə başa gələcək. Artıq paytaxt sakinləri eləcə də şəhərimizin qonaqları funikulyorun xidmətindən istifadə edirlər. Onlar funikulyordan istifadə haqqının münasib olduğunu bildirdilər.

Qeyd edək ki, Bakı funikulyoru 4 ildir ödənişsiz fəaliyyət göstərirdi. 2012-ci ildə yeni sistemin quraşdırılmasından sonra xidmətdən istifadə pulsuz idi. Yeni sistem quraşdırılmamışdan əvvəl isə xidmətin qiyməti 20 qəpik olub.

Qeyd edək ki, funikulyorun fəaliyyətə başlamasından 57 il ötür. O, Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. Bakı funikulyorunun 2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər Xiyabanı". Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Vaqonlararası interval 10 dəqiqədir.
 
Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olmuşdur. Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanmış və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdir. 2011-ci ilin aprelində isə yenidən təmirə bağlanmışdır.
 
23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol