• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

ATƏT rəsmisi: "ABŞ-ın seçki sistemi beynəlxalq standartlara uyğun deyil"

ATƏT rəsmisi:
19.01.2017 10:46
"ABŞ-ın seçki sistemi beynəlxalq standartlara tam uyğun deyil”.
 
"Report” "DW”-yə istinadən xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Link Almaniyanın "Funke” media qrupuna müsahibəsində deyib.
 
Onun sözlərinə görə, ABŞ-dakı seçki sistemi son dərəcə dezinteqrsiya (dağıdılmış, parçalanmış) ilə müşahidə edildiyindən və köhnəlmiş texnologiya ilə həyata keçirildiyindən müəyyən ziyanlı risklərə məruz qalır.
 
M.Link ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı da tənqid edib. O hesab edir ki, D.Tramp çıxışlarında dəfələrlə qəsdən nifrət yaradan ifadələr işlətməklə ritorika sərhədlərini aşıb: "ABŞ-da sonuncu prezident seçkilərini müşahidə edən ATƏT missiyasının hesabatında bildirilib ki, seçki qabağı kampaniyanın şəffaf olması vacibdir. Donald Trampın bu yolla uğur qazanması təhlükəli hal yaradır. Beynəlxalq ictimaiyyət ABŞ-ın bu sahədə nümunəvi bir sistem yaradacağını gözləyir”.
 
Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib və müxalifətdə olan Respublikaçılar Partiyasının namizədi, milyarder iş adamı D.Tramp qalib gəlib. O, yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Dünya 21:48
"Fənərbaxça" klubunun prezidenti yenidən saxlanılıb
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
Dünya 16:26
Yaponiyada doğum sayı 2025-ci ildə rekord minimuma enə bilər
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Dünya 15:56
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Dünya 13:52
Avstraliya nasist simvolları nümayiş etdirən Britaniya vətəndaşının vizasını ləğv edib
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Dünya 13:32
Ukrayna üçün sülh planının 20 bəndi açıqlanıb
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Dünya 12:24
Ermənistanda parlament seçkiləri iyunun 7-si keçirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol