• $
  • £

“Boavişta” meydana Kamran Ağayevsiz çıxacaq

“Boavişta” meydana Kamran Ağayevsiz çıxacaq
21.01.2017 20:58
Bu gün Portuqaliya çempionatında XVIII turun növbəti görüşləri keçiriləcək.
 
ANN.Az-ın Report-a istinadla məlumatına görə, "Boavişta” klubu "Aroka”nın qonağı olacaq.

Bakı vaxtı ilə gecə saat 00:30-da başlanacaq qarşılaşmada Azərbaycan millisinin oyunçularından qapıçı Kamran Ağayev iştirak etməyəcək. Ağayev ötən tur "Benfika” ilə qarşılaşmadan sonra rəqib komanda futbolçuları ilə toqquşmada iştirak etdiyi üçün 3 oyunluq cəzaya məruz qalıb. O, Portuqaliya çempionatında debüt etdiyi VI turdan sonra ilk dəfə "Boavişta”nın matçını buraxmalı olacaq. 

Yarımmüdafiəçi Emin Mahmudovun isə son turlar inamlı çıxış edən komandanın start heyətində yer alma ehtimalı azdır. Bununla belə, Mahmudovun "18-liy”ə düşəcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda "Boavişta” 17 oyundan 21 xalla 11-ci, "Aroka” isə 23 xalla 9-cu pillədə qərarlaşıb. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol