• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Azərbaycan və İran kart sistemlərinin inteqrasiyası məsələsini öyrənir

Azərbaycan və İran kart sistemlərinin inteqrasiyası məsələsini öyrənir
21.01.2017 17:16
Azərbaycan və İran iki ölkənin kart sisteminin inteqrasiyası üçün imkanları tədqiq etməyə başlayıblar.
 
Bu barədə Trend-ə Azərbaycanın Mərkəzi Bankından məlumat verilib.

"Bu məsələ hazırda xüsusi ekspert komissiyası tərəfindən tədqiq edilir. Hələ ki, konkret nəticə əldə olunmayıb", - Mərkəzi Bankdan bildiriblər.

Xatırladaq ki, keçən ilin avqust ayında İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində İran Mərkəzi Bankının sədri Vəliullah Seyf və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında görüş olub. Görüşün yekununda qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Qarşılıqlı anlaşma haqqında Memorandumun müddəalarına uyğun olaraq, iki ölkənin kart sistemlərinin inteqrasiyası nəzərdə tutulur, yəni bir ölkənin vətəndaşı öz bank kartlarını digər ölkədə istifadə edə biləcək.

Qeyd edək ki, bu ideyanın həyata keçirilməsinin mümkün variantlarından biri İran banklarının Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılan "Kart Ödənişləri üzrə Milli Şəbəkə"nə qoşulmasıdır. Bu halda İran vətəndaşları Azərbaycan ərazisində bank kartları ilə sərbəst yararlana biləcəklər.

Tehran "Kart Ödənişləri üzrə Milli Şəbəkə"yə qoşulsa, Azərbaycan vətəndaşları da İranda öz bank kartlarından rahat istifadə edə biləcəklər.

Bunun üçün, İranın beynəlxalq Visa və ya Mastercard sistemlərinə qoşulmağa ehtiyacı qalmayacaq. Belə ki, Azərbaycan bank kartları lokal bank sistemi daxilində beynəlxalq kimi yox, lokal kimi fəaliyyət göstərir. Beynəlxalq ödəmələr yalnız o zaman fəaldır ki, kart sahibi xarici ölkədə kartı tətbiq edir. Amma əgər İran bankları "Kart Ödənişləri üzrə Milli Şəbəkə" daxilində fəaliyyət göstərərsə, onda İranda Azərbaycanın bank kartlarını lokal kimi istifadə etmək olacaq.

Bu məsələ iranlı turistlərin Azərbaycana daha çox gəlməsi ilə əlaqədar böyük aktuallıq kəsb edir. Ötən il turistlərin sayı üçdə bir dəfə artıb. Viza rejiminin sadələşdirilməsi ilə əlaqədar, bu il Azərbaycana İslam Respublikasından daha çox turist gələcəyini gözləmək olar.

İran vətəndaşları yanvarın 10-dan Azərbaycana gəlmək üçün vizanı üç gün ərzində elektron formatda rəsmiləşdirə biləcəklər.

Azərbaycanda 32 bank, İranda isə 30 bank fəaliyyət göstərir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol