• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Vitse-prezident: "İİB "Cənub Qaz Dəhlizi" layihəsində iştirak etməyə hazırdır"

Vitse-prezident:
23.01.2017 09:36
İslam İnkişaf Bankı (İİB) "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində İİB-nin vitse-prezidenti Sayed Ağa deyib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir: "Bir sıra texniki məsələlər tədqiq olunur. Bu məsələlər həll olunan kimi İİB bu layihədə Azərbaycanın ortağı olacaq".

Vitse-prezident qeyd edib ki, tək enerji resurslarının ixracı deyil, həm də onlardan səmərəli istifadə böyük əhəmiyyətə malikdir.

Onun fikrincə, məhz bu istiqamətdə effektivliyin təmin olunması nəticəsində qənaət əldə oluna bilər.

Qeyd edək ki, İİB-in vitse-prezidenti S.Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 17-dən 20-dək Bakıda səfərdə olub. Səfər zamanı S.Ağa Nazirlər Kabinetində, İqtisadiyyat Nazirlilyində, Kənd Təsərrüfatı, "Azərsu", "Azərbaycan dəmir Yollar" QSC-də bir sıra görüşlər keçirib. Səfər çərçivəsində islam bankçılığının prinsiplərinin Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsini nəzərdə tutan qrant sazişi imzalanıb.

"Cənub Qaz Dəhlizi" 10 milyard kubmetr Azərbaycan qazının Xəzər regionundan Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya nəqlini nəzərdə tutur. İlkin mərhələdə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində hasil olunan qaz "Cənub Qaz Dəhlizi" layihəsi üçün əsas mənbə kimi baxılır. Sonrakı mərhələdə digər mənbələr qoşula bilər. Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin tikintisi yolu ilə qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz Türkiyəyə və Avropa bazarlarına ixrac ediləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol