• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Dolların məzənnəsi kəskin azalıb

Dolların məzənnəsi kəskin azalıb
23.01.2017 12:53
Bu gün Asiya valyuta birjalarında ABŞ dollarının məzənnəsi kəskin azalıb.
 
"Report"un "CNBC" telekanalına istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ prezidenti Donald Trampın proteksionist tədbirlər barədə açıqlamaları olub. Belə ki, dünən, yanvarın 22-də Tramp Meksika və Kanada ilə Şimali Amerika sərbəst ticarət anlaşmasını (NAFTA) müzakirə edəcəyini bildirib. Xatırladaq ki, 3 ölkə arasında bu anlaşma 1994-cü ildə qüvvəyə minib. Bundan başqa, Tramp ABŞ-ın Trans Sakit Okean tərəfdaşlıq anlaşmasından çıxmasına nail olacağını qeyd edib.

Bu açıqlamalardan sonra əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,2% artaraq 1,0750-yə yüksəlib, JPY/USD məzənnəsi isə 1,1% azalaraq 113,20-yə düşüb.

Britaniyanın "İndependent Strategy" konsalting şirkətinin prezidenti Devid Roş (David Roche) bildirib ki, D.Trampın gömrük rüsumlarını və fiskal xərcləri artırması qərarları inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Bu da öz növbəsində uçot dərəcəsinin artırılması ilə nəticələnəcək və dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq.

"Report"un analitik qrupu bildirir ki, ilk rübdə maliyyə bazarlarında önəmli dəyişikliklər olmayacaq:
 
"Yanvarın 31-fevralın 1-də baş tutacaq ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında faizlərin artırılması gözlənilmir. Martın 14-15-də keçiriləcək sonrakı iclasda isə uçot dərəcəsi artırıla bilər.
 
Daha sonra Avropa İttifaqı ölkələrində seçkilər gözlənilir ki, bu da avronun məzənnəsini azaldaraq dolların möhkəmlənməsinə kömək edəcək. Avronun məzənnəsinin 1,10 USD/EUR səviyyəsini keçməyəcəyi proqnozlaşdırılır. Ortamüddətli perspektivdə isə bu məzənnənin paritetdən də aşağı düşəcəyi şübhəsizdir".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol