• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Məcburi köçkün tələbələr təhsil haqqı ödəyəcək? - Nazirlikdən Açıqlama

Məcburi köçkün tələbələr təhsil haqqı ödəyəcək? - Nazirlikdən Açıqlama
24.01.2017 16:33
Azərbaycan prezidenti İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərman imzalayıb. Ölkə başçısının imzaladığı fərmandan sonra təhsil eksperti və sosial şəbəkə istifadəçiləri məcburi köçkün tələbələrinin təhsil haqqından azad edilməsilə bağlı güzəştin ləğv olunması barədə məlumat yayıblar.
 


ANN.Az Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ANN.Az-a açıqlamasında sosial şəbəkədə yayılan məlumatlara dair heç bir şərh verməyəcəyini bildirib:

 
"Facebookda yazılan hər bir yazı haqqında şərh verə bilmərik. Bu, bizim işimiz deyil. Buna görə sualınızla bağlı heç bir cavab verə bilməyəcəm. Bu haqda heç bir məlumatım yoxdur".

Qeyd edək ki, prezidentin dünən imzaladığı fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.  

Məsələni diqqətdə saxlayacayıq...

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Cəmiyyət 11:09
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 11:05
Azərbaycan suriyalı qaçqınları qəbul edəcəkmi? - AÇIQLAMALAR
Cəmiyyət 10:24
"Pensiya yaşının artırılması gərginliyə səbəb olacaq" - SOSİOLOQ
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Cəmiyyət 10:04
Küçə hasarlarından dini şüarlar silinir, evlərə sayğaclar quraşdırılır - Nardarandan FOTOLAR
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Cəmiyyət 09:42
Dəyanət Rzayevin ölüm səbəbi dəqiqləşdi
Məhkəmələr
Cəmiyyət 08:34
Məhkəmələr "elektron sistem" qərarını niyə icra etmir?
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Cəmiyyət 04:58
Azərbaycan prezidenti əfv sərəncamı imzaladı - TAM SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol