• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Araz Ağalarov: Əsas odur, bizə zərəri dəyməsin

Araz Ağalarov: Əsas odur, bizə zərəri dəyməsin
24.01.2017 18:05
Azərbaycanlı əsilli məşhur rusiyalı biznesmen Araz Ağalarov "Komsomolskaya pravda” radiosunun efirində çıxış edib, müsahibədə ABŞ prezidenti Donald Trampın gələcək idarəçiliyinə dair gözləntilərindən danışıb. A.Ağalarov və onun oğlu Emin Ağalarov ABŞ-ın yeni prezidenti ilə şəxsən tanışdırlar. Tramp Moskvada bir neçə il öncə onların qonağı olub. 

Oxu.Az A.Ağalarovun müsahibəsini təqdim edir. 

- Araz İskəndəroviç, düşünürəm ki, ABŞ-ın yeni prezidentinin inauqurasiya nitqini dinləmisiniz. Birincisi, biz bir-birimizi təbrik edə bilərik, mən də Trampı dəstəkləyirdim. 

- Bəli. 

- Trampdan nə gözləyə bilərik?

- Trampdan heç nə gözləmək lazım deyil. Əsas odur, bizə zərər verməsinlər. Biz öz qüvvəmizə arxalanıb irəliləməliyik.    

- Aydındır... Bəzi ekspertlər deyirlər ki, silahlanmanın yeni mərhələsi başlaya bilər və s. Bu olmayacaq ki?

- Düşünürəm ki, olmayacaq. Həm də belə bir mövqe var: baxarsız, daha da pis olacaq... Amma mən belə düşünmürəm. 

- Ölkədə müəyyən qədər Donald Trampı tanıyan adam olduğunuz üçün belə düşünürsünüz? Onunla sıx işlədiyiniz üçün... Tramp 2013-cü ilin noyabrında Moskvaya gəlib, həmin vaxt Rusiyada "Kainat gözəli” müsabiqəsi keçirilirdi...

- O, praqmatik insandır. Dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, heç kəsi seçmir, hamının adi insan olduğunu düşünür. Hamı, amerikalılar da, elə ruslar da həyatını yaxşılaşdırmaq istəyir. Ona görə də ümumi düşmənlə mübarizə aparmaq lazımdır. 

- Siz əlaqələri bərpa edəcəksiniz? Əslində siz heç əlaqələri kəsməmişdiniz də...

- Xeyr, bilirsiz indi vəziyyət necədir? Orda indi belə bir vəziyyət yaranıb ki, keçmiş biznes-tərəfdaşlardan kiminsə peyda olması qıcıqlanmaya səbəb olur. İndi hər şey şəffafdır. 
Deyək ki, orda nə vaxtsa işlədiyi bir hindistanlı peyda olur, mətbuata vəlvələ düşür: Tramp öz köhnə əlaqələrini istifadə edir, biznes qurmaq istəyir və s. Mən görüş istəsəm, mənə etiraz etməyəcək. Amma bu birincisi, mənim tərəfdən ona qarşı düzgün addım olmaz. Çünki bütün mətbuat seçkilərə qədər "Kremlin izini” mənim fotom ilə çap edirdi. Guya ki, mən xüsusi göndərilmiş adamam və s. İndi də mənim orada, ən pisi isə Ağ Evdə peyda olmağım bunu təsdiq edər. Bütün qəzetlərdə bu yazılacaq. Ona görə də bu müddəti gözləmək lazımdır. Gələcəkdə isə zaman göstərər. 

- Emin rusiyalı müğənnidir, bəlkə də dünyada yeganə müğənnidir ki, klipində ABŞ prezidenti çəkilib. 

- Bəli.

- Emin Ağalarov bunu brend etmək fikrində deyil? Axı Trampın rolu orada gözəçarpacaqdır. Bunu hansısa şəkildə vurğulamayacaq?

- Xeyr. Əksinə, bu klip əgər fikir vermisinizsə - Emin onu heç bir yerdə vurğulamır. O haradasa internetdədir. Onu çox yerdə göstərmirlər. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 17:34
Beynəlxalq axtarışa verilmiş şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya olunub
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxlayıb
Cəmiyyət 17:11
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxlayıb
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Cəmiyyət 16:18
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Aİ-də elektromobillərin satışı 44% artıb
Cəmiyyət 16:13
Aİ-də elektromobillərin satışı 44% artıb
Xankəndidə ilk dəfə "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək
Cəmiyyət 16:03
Xankəndidə ilk dəfə "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək
13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara- Rəsmi cavab
Cəmiyyət 15:49
13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara- Rəsmi cavab
Yağışlı hava ilə əlaqədar Zığ–Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 15:15
Yağışlı hava ilə əlaqədar Zığ–Hava Limanı yolunda sürət həddi endirilib
2025-ci ildə 440 km-dən çox avtomobil yolu tikilib və təmir olunub
Cəmiyyət 14:57
2025-ci ildə 440 km-dən çox avtomobil yolu tikilib və təmir olunub
Pirotexniki vasitələr satan daha 22 nəfər saxlanılıb
Cəmiyyət 14:44
Pirotexniki vasitələr satan daha 22 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol