• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Sayed Ağa: Dünyadakı iqtisadi durum İİB-in Azərbaycandakı əməliyyatlarına təsir etməyib

Sayed Ağa: Dünyadakı iqtisadi durum İİB-in Azərbaycandakı əməliyyatlarına təsir etməyib
26.01.2017 10:12
Dünyada mövcud olan mürəkkəb iqtisadi durum İslam İnkişaf Bankının (İİB) Azərbaycandakı əməliyyatlarına təsir etməyib.
 
ANN.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində İİB-in vitse-prezidenti Sayed Ağa deyib.

Vitse-prezident deyib:
 
"Sirr deyil ki, dünya maliyyə və iqtisadi çətinliklərdən əziyyət çəkir. Bu yalnız neft və digər xammalın qiyməti ilə bağlı deyil, digər faktorlar - ölkələr arasındakı münasibətlərdən də asılıdır. Bütün bunlar İİB üzv-ölkələrin iqtisadiyyatına da təsir edir. Eləcə də Azərbaycana".

Onun sözlərinə görə, neqativ faktorlar İİB-in fəaliyyətinə təsir göstərə bilməyib:
 
"Bizim öz kapitalımız və üzv dövlətlərin güclü dəstəyi var".

Azərbaycandakı layihələrin maliyyələşməsi həcminə gəlincə isə S.Ağa bildirib ki, təqdim olunan vəsaitlərin həcmi bu gün 1,3 milyard dolları ötür.

O əlavə edib:
 
"Azərbaycan İİB-in güclü üzv dövlətlərindən biridir".

Qeyd edək ki, Azərbaycan İİB-in qrupuna 1992-ci ildə qoşulub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:35
Avro və rubl bahalaşıb - Məzənnə
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol