“Mançester Yunayted”in stadionu yanır
"Mançester Yunayted” klubunun "Old Trafford” stadionunda yanğın baş verib.
Oxu.Az bu barədə Britaniya KV-nə istinadən xəbər verir.
Məlumata görə, bu gün səhər saatlarında başlayan yanğının səbəbləri hələlik məlum deyil.
Alov arenanın cənub hissəsini bürüyüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb.
Qeyd edək ki, "Old Trafford” 1909-cu ildə istismara verilib. Həmin dövrdə onun tikintisi 90 min funt sterlinqə başa gəlmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər