• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Rayonlarda kredit faizi yüksək həddədir - EKSPERT

Rayonlarda kredit faizi yüksək həddədir - EKSPERT
02.02.2017 15:00
İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın rəsmi rəqəmlərində paytaxtla rayonlar arasında kredit məbləği və faiz dərəcəsi arasında ciddi fərqlərin yaşandığı barədə məlumat yayıb.

ANN.AZ xəbər verir ki, iqtisadçı sosial şəbəkədə yazıb ki, 16.27 milyard manatlıq ümumi kredit portfelinin 13.79 milyard manatı Bakının payına düşür: "Bu isə o deməkdir ki, ümumi kreditləşməsinin 85 faizi Bakıda həyata keçirilir. Yəni, hər verilən 100 manatlıq kreditin 85 manatı Bakının, qalan 15 manatı isə Abşeron daxil olmaqla digər bütün rayonların payına düşür.

Məsələ heç də rayonlarda kredit portfelinin azlığı ilə tamamlanmır. Belə ki, Bakıda orta kredit faizi 9.2 faiz olduğu halda əksər rayonlarda kredit faizləri 20 faizdən başlayır. Azərbaycanda ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir. Mingəçevir , Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar , Göyçay , Hacıqabul , İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab ən yüksək faizli kredit götürən rayonlardır.

Sözügedən iqtisadi rayonda kreditlər üzrə orta faiz 22.6 faizdir. Cənub bölgəsi bahalı kreditlərin faizinə görə Aran iqtisadi rayonuna "cüzi uduzur”. Belə ki, Lənkəran iqtisad rayonunda orta kredit faizi 22.4 faizdir.

Şəki-Zaqatala sakinlər isə orta hesabla 22.0 faizlə kredit götürürlər. Deməli, rayonda yaşayan vətəndaşımız Bakı sakinlərinə nisbətən bankdan orta hesabla 2.5 dəfə çox faizlə kredit götürmək məcburiyyətində qalırlar”.

Onun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, istehlak kreditləri üzrə orta faiz Mərkəzi Bankın rəsmi orta kredit faizlərindən daha çoxdur: "Belə ki, rəsmi statistikada Bakı və rayonlar üzrə orta kredit faizlərinin nisbətən az olması portfelə ipoteka, biznes, güzəştli kreditlər üzrə faiz dərəcələrinin də daxil edilməsidir. Rəsmi rəqəmlərin təhlili göstərir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün real addımlar atmalıdır”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
İqtisadiyyat 13:53
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
İqtisadiyyat 10:44
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl ucuzlaşıb - Məzənnə
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
İqtisadiyyat 18:00
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
İqtisadiyyat 17:56
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
İqtisadiyyat 17:08
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
Azərbaycanın neft kəmərlərində itkilər artıb
İqtisadiyyat 17:05
Azərbaycanın neft kəmərlərində itkilər artıb
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
İqtisadiyyat 16:45
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
İqtisadiyyat 14:03
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol