Benzinin qiyməti üzən məzənnəyə keçdi

Qeyd edək ki, Qazaxıstanda yanacağın bu növü dekabrın əvvələrində 128 təngədən 133 təngəyədək, bundan sonra 137 təngəyədək qalxıb. Vurğulayaq ki, Qazaxıstanın Dövlət Neft Şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində benzinin qiyməti respublika üzrə ən aşağıdır.
Ekspertlərin dediyinə görə, benzinin qiyməti 2017-ci ildə daha 10-12% artacaq. Buna səbəb Rusiyadan alınan yanacağın 10-12% bahalaşmasıdır. Xatırladaq ki, Qazaxıstan bazarı yanacağın 30%-ni Rusiyadan alır.
Beləliklə, bu bahalaşmadan sonra benzinin litri 146 təngədən 151 təngədəyək qalxacaq. Bundan başqa, Aİ-92 qiymətlərinə Qazaxıstan üçün "ənənəvi” amil olan benzin defisiti faktoru da rol oynayacaq.
Qeyd edək ki, Qazaxıstan rəhbərliyi Aİ-92 markalı benzini üçün pərakəndə qiymətləri təyin etməyi dayandırıb. Bundan əvvəl YDM-lərə yanacağı 108 təngədən baha satmağa icazə verilmirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər