Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib,5 nəfər yaralanıb.
“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.