• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Prezident Milli Qəhrəmanın ailəsi ilə görüşəcək

Prezident Milli Qəhrəmanın ailəsi ilə görüşəcək
08.02.2017 12:30
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun layiq görüldüyü (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” medalını sabah Ali Baş Komandan İlham Əliyevin şəhidin ailə üzvlərinə şəxsən təqdim edəcəyi gözlənilir.

ANN.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə qəhrəmanın atası Salman Qurbanov məlumat verib. Hazırda şəhidin yas mərasimi keçirilir və onlar mərasimdən sonra Bakıya yola düşəcəklər.

Azərbaycan prezidenti İlham Əliyev ötən gün Çingiz Salman oğlu Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. O, bu ada Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub-saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə layiq görülüb.

Qeyd edək ki, Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Ç.Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol