• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

ABŞ-da ailə qızına Allah soyadı vermək istəyir

ABŞ-da ailə qızına Allah soyadı vermək istəyir
28.03.2017 10:15
Corciya ştatının Səhiyyə Nazirliyi 22 aylıq qıza belə soyadla doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

ANN.AZ/ ABŞ-da qızına  Allah soyadını qoymaq istədiyən ailə onlara doğum haqqında şəhadətnamə verməyən Corciya ştatının rəhbərliyini məhkəməyə verib.

"ANN" BBC-yə istinadən xəbər verir ki, ştatının Səhiyyə Nazirliyi 22 aylıq qıza belə soyadla doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Qızın valideynləri Elizabet Hendi və Bilal Uolk övladlarına Zalixa Qreysful Lorreyna Allah adı vermək qərarına gəliblər. Ancaq ştat qanunlarına görə, yeni doğulan uşaq ya atasının, ya anasının, ya da onların kombinasiyası olan soyadı daşımalıdır. Ştat orqanları nə atasının, nə də anasının soyadı olmadığından Allah soyadını qeydiyyatdan keçirməkdən imtina ediblər.

Valideynlər adından ştatın Səhiyyə Nazirliyinə qarşı iddianı Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) Corciyadakı filialı qaldırıb.

Qızın atası "Atlanta Journal-Constitution" ilə söhbətdə bu adın nəcib olduğunu, seçiminin isə dinlə heç bir əlaqəsinin olmadığını bildirib.

"Bu, sadəcə ədalətsizlik və hüquqlarımızın pozulmasıdır. Ştat rəhbərliyi övladımızı faktiki olaraq adsız qoyub", - deyə Uolk vurğulayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
Dünya 17:03
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
ABŞ Rusiyaya sanksiyaları artıra bilər
Dünya 16:44
ABŞ Rusiyaya sanksiyaları artıra bilər
Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb
Dünya 16:39
Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Dünya 14:20
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Dünya 12:13
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Dünya 11:26
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Dünya 09:54
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Dünya 09:48
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Dünya 00:55
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol