• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Bu gün Bakı velosipedçilərlə dolacaq

Bu gün Bakı velosipedçilərlə dolacaq
03.05.2017 09:38
Bu gündən Bakı daha bir böyük yarışa ev sahibliyinə başlayır. İstiPress-in məlumatına görə, "Tour d’Azerbaidjan-2017” may ayının 3-də start götürür. 
Builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.

İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (150 km),

2-ci mərhələdə Bakı - İsmayıllı (187 km),

3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km),

4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

Tur mayın 7-dək davam edəcək. Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də planetin nüfuzlu "Eurosport" kanalı vasitəsilə yayımlanacaq.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülərə beynəlxalq əhəmiyyətli yarışı, o cümlədən  bir neçə gün sonra başlanacaq IV İslam Həmrəyliyi Oyunlarını nəzərə alaraq ay ərzində mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi məsləhət görüb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR
İdman 10:15
İslam Həmrəylik oyunlarında iştirak edən idmançılar Azərbaycana qayıtdı - FOTOLAR
UEFA Konfrans Liqası: “Neftçi” “Rapid”ə qarşı – CANLI
İdman 01:16
UEFA Konfrans Liqası: “Neftçi” “Rapid”ə qarşı – CANLI
Çempionlar Liqası:
İdman 23:59
Çempionlar Liqası: "Ferentsvaroş" - "Qarabağ" matçı - CANLI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol