• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Maştağalı və erməni qanuni oğrular dalaşdı

Maştağalı və erməni qanuni oğrular dalaşdı
17.05.2017 11:24
Erməni əsilli qanuni oğru, kriminal aləmdə "Sergey Bentli” kimi tanınan Sergey Asatryanın Moskvadakı "Motrosskaya Tişina” təcridxanasından Vladimirdəki təcridxanaya köçürülməsinin təfərrüatı üzə çıxıb.

Rusiya mətbuatı yazır ki, buna səbəb erməni qanuni oğrunun azərbaycanlı qanuni oğru, əslən Bakının Maştağa kəndindən olan Taleh Dağlıyevlə (Taleh Noqinski) münasibətlərini aydınlaşdırmaq istəyi olub. Bildirilir ki, "Motrosskaya Tişina”nın rəhbərliyi hadisənin ört-basdır edilməsinə çalışıb və yalnız indi məsələnin əsl məğzi məlum olub.

Bildirilir ki, Sergey Asatryan kriminal aləmdə ciddi qayda-qanun yaratmaq, müxtəlif yollarla oğru adı alan və polisin əlinə düşən kimi titulundan imtina edən şəxsləri meydandan təmizləmək niyyətini ortaya qoyub. Onun atası Eduard Asatryan da oğru aləmində tanınan adamlardandır. Əvvəllər Asan Usoyanla (Ded Xasan) yaxşı münasibətləri olan Eduard sonradan onun düşməninə çevrilib. Bu səbəbdən də uzun müddət Rusiyadan kənarda yaşayıb. Ded Xasanın öldürülməsindən sonra Rusiyaya qayıdıb və bir müddət sonra narkotik ittihamı ilə saxlanılıb.

Asatryanın oğlu Sergey də Rusiyanın kriminal dairələrində çox məşhurdur. Əməliyyatçılar onu Rusiyanın yeni kriminal nəslinin "qızıl gəncliyi” hesab edirlər. O, azadlıqda olarkən həmişə ən son dəblə geyinib, bahalı avtomobillərdən ibarət avtoparkı da olduğu deyilir. Amma özü daha çox "Bentli”yə üstünlük verib və bu səbəbdən də ləqəblərindən biri "Seryoja Bentli"dir. 2014-cü ildə o, Dağıstandan olan kriminallarla yaranan münaqişə nəticəsində döyülərək ağır bədən xəsarətləri almışdı.

Sergey Bentli hazırda 1,2 milyon dollarlıq soyğunda ittiham edilir. İttihama görə, o və dayısı Karen Mxitaryan adlı ermənini ölümlə təhdid edib. O, dayısı ilə mübahisəsi olan Mxitaryandan 1,2 milyon dollar ödəməyi tələb edib. Hətta biznesmeni və ailəsini ölümlə təhdid edib. Onun tapşırığı ilə biznesmenin bağ evi yandırılıb. Mxitaryan pulu verəcəyini bildirib və görüş təyin edib. Görüş zamanı polis hər iki şəxsi yaxalayıb. Məhkəmənin hökmü ilə ona 9 il, dayısına isə 8 müddətinə həbs cəzası verilib.

Qayıdaq Sergey Asatryanla azərbaycanlı qanuni oğru arasında konfliktə. Bildirilir ki, Taleh Noqilskinin və digər kriminal avtoritet Şalva Xonskinin təcridxanada sərbəst gəzmələri, kimlərləsə görüşmələri erməninin xoşuna gəlməyib. O, təcridxana administrasiyasından ona da eyni şəraitin yaradılmasını tələb edib. "Əks təqdirdə, qiyam edəcəm” deyə, balaca Asetryan rəhbərliyi hədələyib. Təcridxana rəhbərliyi bu hədəni ciddi qəbul edib və ona da eyni şərait yaradılıb. Bildirilir ki, bundan sonra daha da "bərk gedən” erməni kriminal rejim qaydalarını pozduğuna görə cərimə kamerasına salınanların "qayğısına qalmağa” başlayıb. O iddia edib ki, Taleh Noqilski azərbaycanlı yerlilərinin gətirdiyi sovqatla yaxşı yaşadığı halda bəzi arestantlar çay belə tapıb içə bilmirlər. Bu səbəbdən də o, qanuni oğruların saxlandığı kameraya üz tutub.

O, "Taleh Noqilski”nin kamerasının qarşısına gələrək onu çölə çağırıb. Azərbaycanlı qanuni oğru çölə çıxmağa hazır olduğunu, amma qapının bağlı olduğunu söyləyib. Bundan sonra yaxınlıqda olan həbsxana nəzarətçisi qapını açıb və Asetryan içəri gəlib. Bildirilir ki, sözləri çəpləşən qanuni oğruların davasına həbsxana rəhbərliyi mane olub. Asetryanın bu özbaşınalığı "Motrosskaya Tişina” rəhbərliyinin səbrini daşırıb. Bu səbəbdən də onu "Vladminirski çentral” kimi tanınan təcridxanaya köçürüblər.

Rusiya mediası yazır ki, bu, ilk belə hadisədir ki, qanuni oğru barədə məhkəmə hökmü qüvvəyə minməmiş onu Moskvadan uzaq vilayətin təcridxanasına aparırlar. İndi Sergey Bentli Apelyasiya Məhkəməsinə yalnız video vasitəsilə qatıla biləcək.

Qanuni oğru Taleh Qəribxan oğlu Dağlıyev 1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə keçirilən "sxodka"da qanuni oğru adını alıb. 2015-ci ilin aprelində Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Hazırda istintaq altındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buzovnada dənizdə bir nəfər batıb
Cəmiyyət 20:26
Buzovnada dənizdə bir nəfər batıb
Hava ilə bağlı xəbərdarlıq
Cəmiyyət 19:47
Hava ilə bağlı xəbərdarlıq
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Cəmiyyət 18:03
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:21
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Cəmiyyət 16:14
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
Cəmiyyət 15:39
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
Cəmiyyət 15:07
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
Cəmiyyət 14:52
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Cəmiyyət 13:59
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol