• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

İran Milli Bankının Bakı filialının depozitlərinin məbləği açıqlanıb

İran Milli Bankının Bakı filialının  depozitlərinin məbləği açıqlanıb
17.05.2017 21:18
"Bank Melli İranın Baku” (İran Milli Bankının Bakı filialı) 2016-cı ildə "Mir Business Bank”da 500 min avro məbləğində illik 1% dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. 

Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.

Hesabatda keçmiş illərdə yerləşdirilmiş digər depozitlər haqqında da məlumat yer alıb.

Sənəddən məlum olur ki, "Bank Melli İran Baku” 2015-ci ildə "Texnikabank” ASC-də ümumi məbləği 5 mln. manat illik 7% dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. Bank sonradan bu depozitlərin müddətini daha 6 aylıq müddətə uzadıb.

"2015-ci ildə bank "Texnikabank” ASC-də 1 mln. manat məbləğində illik 5% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. 

31 dekabr 2016-cı il tarixinə "Texnikabank” ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 6 mln. 67 min 778 manat (6 mln. manat əsas məbləğ və 67 min 778 manat yığılmış faiz) olub. 

2015-ci ildə bank "Atrabank” ASC-də 2 mln. manat ümumi məbləğində illik 6% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. 31 dekabr 2016-cı il tarixinə bankın "Atrabank” ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 2 mln. 9 min manat (2 mln. manat əsas məbləğ və 9 min manat yığılmış faiz) olub.

31 dekabr 2016-cı il tarixinə bankın "Texnikabank” ASC və "Atrabank” ASC-də müxbir hesablarının qalığı müvafiq olaraq 10 min 629 manat və 2 mln. 50 min 136 manat olub. "Texnikabank” ASC və "Atrabank” ASC-nin lisenziyaları Azərbaycan Mərkəzi Bankı tərəfindən 2016-cı ildə ləğv edilib. Bu banklarda yerləşdirilmiş pul vəsaitləri üçün dəyərsizləşmə üzrə ehtiyat 7 mln. 345 min 732 manat təşkil edir”, - deyə sənəddə vurğulanıb.

Bundan başqa, bank "Zaminbank” ASC-də ümumi məbləği 2 mln. avro, illik 5% dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb.

Bank Melli İran Dubay Baş filialında 7 mln. 346 min dirhəm məbləğində illik 0,65% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib və bu depozitin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.

İran Milli Bankının Bakı filialı "Muğanbank” ASC-də 9 mln. manat ümumi məbləğində illik 5% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün 9 depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. Bu depozitlərin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.
 
31 dekabr 2016-cı il tarixinə bankın "Royal Bank”dakı müddətli depozitləri 4 mln. manat məbləğində olub. Depozitlərin qarşılığında "Royal Bank” tərəfindən girov təmin olunub və bu girovun bazar dəyəri 2013-cü ilin iyun ayında qiymətləndirici firma tərəfindən 4 mln. 300 min manat olaraq qiymətləndirilib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% (31 dekabr 2015-ci il: 30%) dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb.

Bank 2011-ci ildə bank lisenziyası AMB tərəfindən geri alınmış "Birlikbank” ASC-də ümumi məbləği 12 mln. 500 min dollar depozit yerləşdirib. Depozitin qarşılığında "Birlikbank” tərəfindən AMAY ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən 13103 kvadratmetr sahəsi olan inzibati ofisləri girov kimi təmin olunub. 2016-cı ilin dekabr ayında bank girov üzərində mülkiyyət hüququ əldə edib və əmlakı qiymətləndirərək öz balansına götürüb. Qeyd olunan depozit 2016-cı ildə mənfəət və zərər hesabına silinib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana ixrac artıb
İqtisadiyyat 15:58
Türkiyədən Azərbaycana ixrac artıb
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
İqtisadiyyat 15:17
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
Azerbaijan central bank keeps dollar rate unchanged
İqtisadiyyat 12:00
Azerbaijan central bank keeps dollar rate unchanged
Azərbaycanda istehlak xərcləri artıb
İqtisadiyyat 11:34
Azərbaycanda istehlak xərcləri artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
İqtisadiyyat 11:33
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:49
Qızılın qiyməti bahalaşıb
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
İqtisadiyyat 10:30
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir
İqtisadiyyat 09:43
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol