• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Ramiz Mehdiyev sərəncam imzalayıb

Ramiz Mehdiyev sərəncam imzalayıb
06.06.2017 15:41
Quba şəhərindəki "Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.
 
APA-nın məlumatına görə, prezident İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib.
 
Prezidentin tapşırığına uyğun olaraq  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb.
 
Sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün Komissiya yaradılıb..
 
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib.
 
Komissiyanın tərkibinə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Seymur Fətəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Toğrul Musayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər.       
 
Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol