Medvedev: ABŞ Rusiyaya ticarət müharibəsi elan edib
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar barədə imzaladığı yeni qanun rəsmi Moskva və Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib.
anews.az-ın xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev öz "Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bununla da, ABŞ Rusiyaya əsl ticarət müharibəsi elan edib.
"Trampın administrasiyası tam gücsüzlük nümayiş etdirərək, icraedici səlahiyyətləri Konqresə verib. Bu ABŞ-ın siyasi dairələrində dəyişiklik deməkdir”, - Medvedev vurğulayıb.
O qeyd edib ki, Amerika biznesinin maraqları tamamilə nəzərə alınmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox