• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ

25 minlik ordu ƏMR GÖZLƏYİR: bu ərazilərin azad olunması üçün HÜCUM BAŞLAYACAQ
07.08.2017 12:28
Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.

"Yeni Şəfəq” qəzeti yazır ki, hərbi rəhbərlik 2014-cü ildən başlayaraq, ABŞ-ın dəstəyilə bölgədə böyüyən PKK/PYD terror təşkilatının təmizlənməsi üçün bütün variantlar üzərində düşünür. Xüsusilə terror təşkilatının "Fərat qalxanı” əməliyyatı ilə təmizlənən bölgələrə raket və minaatanlarla hücum etməsi, eləcə də narkotik və silah daşıması kimi ehtimallar dəyərləndirilir.

"Əhalinin bütövlükdə ərəb və türkmanlardan ibarət olduğu Tel Rəfat, Münbiç və Tel Abyad Türkiyənin yaxın dövrdə təmizləmək istədiyi üç əsas bölgədir”, - deyə qəzet yazır.

Məlumata görə, "Fərat qalxanı” əməliyyatı ilə təmizlənən bölgələrdə terror təşkilatına qarşı döyüşmək üçün 25 minlik güc hazır vəziyyətdədir. Suriyada Azad Suriya Ordusunun 15-17 min nəfərlik döyüşçüsü ilə birlikdə Türkiyə ordusunun 8 min əsgəri Ankaradan əmr gözləyir. Son üç gündə Türkiyə Silahlı Qüvvələri bölgəyə yeni silahlar göndərib, mövqelər gücləndirilir. Bununla yanaşı, bölgə pilotsuz təyyarələrlə daim izlənilir.

Qəzet qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "Fərat qalxanı” əməliyyatı ilə Suriyadakı terror layihəsinin qəlbinə soxduğumuz xəncəri yeni həmlələrlə genişləndirməyi düşünürük. Çox yaxında bu məsələdə önəmli addımlarımız olacaq” sözləri yeni əməliyyatların miladı ola bilər.

Qeyd edək ki, ABŞ son dövrlər PKK-nın Suriya qolu olan PYD-ni gücləndirir. Hesablamalara görə, son bir ildə Vaşinqton PYD-yə 900 TIR-dan artıq silah-sursat verib. Terror təşkilatının gücləndirilməsində əsas hədəf bölgədə ABŞ-ın nəzarətində yeni gücün yaradılması, həmçinin, Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan "kürd dəhlizi” layihəsinin həyata keçirilməsidir. Türkiyə bütün vasitələrlə buna qarşı çıxır. Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrinə nəzərdə tutulan əməliyyat da əslində ABŞ-ın planlarına qarşı həmlədir. Mümkündür ki, yaxın dövrdə ABŞ və Türkiyə Suriyada hərbi müstəvidə üz-üzə gəlsin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Siyasət 11:01
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Putin və Paşinyan Moskvada görüşüb
Siyasət 06:44
Putin və Paşinyan Moskvada görüşüb
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Siyasət 10:38
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
Siyasət 10:20
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol