• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Vahe Avetyan İlham Əliyevdən kömək istədi

Vahe Avetyan İlham Əliyevdən kömək istədi
14.08.2017 13:46
Erməni hüquq müdafiəçisi, siyasi mühacir, hazırda İsveçdə yaşayan Vahe Avetyan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyib.
 
Avetyan Azərbaycan prezidentindən xahiş edir ki, onun azyaşlı qızının erməni xüsusi xidmət orqanları tərəfindən qanunsuz şəkildə Ermənistana aparılmasının qarşısını alsın.

anews.az bu barədə virtualaz.org-a istinadən xəbər verir.

"Mən Azərbaycan prezidenti İlham Əliyevə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana , Azərbaycanın İsveçdəki səfirliyinə, beynəlxalq təşkilatlara müraciət etmişəm ki, mənə kömək etsinlər, imkan verməsinlər ki, erməni xüsusi xidmət orqanları mənim azyaşlı qızımı qanunsuz şəkildə Ermənistana aparsın”, - Vahe Avetyan "İnterfaks-Azərbaycan”a bildirib.

Erməni hüquq müdafiəçisi deyir ki, o, keçmiş arvadı ilə birlikdə İsveçdə yaşayır və müəyyən vaxtda qızına baş çəkməyə icazəsi var. 2013-cü ildə Avetyanın keçmiş arvadı erməni xüsusi xidmət orqanları ilə əlbir olaraq onun azyaşlı qızını Ermənistana aparıb. Avetyan qızının dalınca Ermənistana getməli olub və orada həbs edilib, bir müddət həbsxanada qalıb. Həmin vaxt Avetyan çətinliklə də olsa, qızını İsveçə geri qaytara bilib. İndi analoji vəziyyət təkrarlanır, Avetyan hesab edir ki, Serj Sərkisyanın rejimi onu müəyyən təhlükə kimi görür. Onun bildirdiyinə görə, bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri yenidən İsveçdə peyda olub, orada onun keçmiş arvadı ilə görüşüb. 

Avetyan iddia edir ki, erməni xüsusi xidmət orqanları İsveçin dövlət strukturlarının nümayəndələrini ələ alaraq onun qızını Ermənistana aparmağa çalışır.

"Noyabrda məhkəmə olacaq ki, uşaq hansı valideyinlə qalmalıdır. Proses, yəqin ki, mənim xeyrimə nəticələnəcək və görünür, buna görə Ermənistan hakimiyyəti qızımı oğurlamağa çalışır. Qızımı Ermənistana aparmaq cəhdi məni şantaj etmək üçün misli görünməmiş addımdır. Şantajın mahiyyəti odur ki, məni Ermənistanın indiki rəhbərliyini tənqid etməkdən daşındırsınlar, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair fikirlərimin qarşısını alsınlar”, - Avetyan bildirib.

Xatırladaq ki, Avetyan Ermənistan-Azərbaycan sülh platformasına qoşulanlardan biridir. O, Bakıda olub və Xocalı soyqırımına görə üzr istəyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Siyasət 11:01
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Putin və Paşinyan Moskvada görüşüb
Siyasət 06:44
Putin və Paşinyan Moskvada görüşüb
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Siyasət 10:38
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
Siyasət 10:20
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol