• $
  • £

Lütfi Zadənin cənazəsi Bakıya gətirilib

Lütfi Zadənin cənazəsi Bakıya gətirilib
29.09.2017 09:00
Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Bakıya gətirilib. APA-nın məlumatına görə, alimin cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
 
Xəbər verildiyi kimi, cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.
 
Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
 
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.
 
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
 
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
 
O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
 
 
Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
 
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
 
20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
 
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
 
Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Cəmiyyət 12:17
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Cəmiyyət 11:55
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Cəmiyyət 12:08
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Cəmiyyət 11:50
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Cəmiyyət 15:25
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Cəmiyyət 18:41
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Mübariz Mənsimovun
Cəmiyyət 14:40
Mübariz Mənsimovun "General Polad Həşimov” gəmisi dənizdə - VİDEO
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Cəmiyyət 22:06
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Partiya sədri:
Cəmiyyət 09:51
Partiya sədri: "Prezidentlə görüşsəm deyərəm ki..." - MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol