• $
  • £

ÇL: “Qarabağ” qrupdan çıxa bilərmi?

ÇL: “Qarabağ” qrupdan çıxa bilərmi?
29.05.2020 06:47
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Atletiko” ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ” 1/8 final şanslarını qoruyub. 

Anews.az Apasport.az saytına istinadla xəbər verir ki, yarışın əsas mərhələsinin debütantı olan Azərbaycan çempionunun qrupdan çıxması üçün nəzəri şanslarının qalmasında Madriddəki bərabərliyi rol oynayıb.

Çünki Ağdam təmsilçisi səfərdə uduzsaydı, indidən Çempionlar Liqasına "əlvida” deyəcəkdi. Amma hazırda 2 xalı olan Qurban Qurbanovun yetirmələri möcüzə sayəsində mübarizəni qitənin ən nüfuzlu klub turnirində də davam etdirə bilər.

Bunun üçün təkcə "Qarabağ”ın hər iki görüşdə qələbə qazanması da yetərli deyil. "Çelsi”ni evdə, "Roma”nı səfərdə yensə, komandamızın italiyalılar kimi 8 xalı olacaq. Mərhələ adlamaq üçün çempionumuzun gözü digər iki matça yönələcək.

Öz oyunlarını udsa, "Qarabağ” üçün əsas məqsəd "Roma”, "Çelsi” və "Atletiko”dan ikisini keçməkdir. Bunun gerçəkləşməsi üçün bir neçə variant mümkündür. 3 xalı olan "Atletiko”nun 2 matçdan ən azı birində qalib gəlməsi Azərbaycan klubunun 1/8 finala yolunu aça bilər.

"Atletiko” öz meydanında "Roma”yla qarşılaşmada xal itirib (heç-heçə və ya məğlubiyyət), Londonda qalib gəlsə, italiyalılar 1-ci, "Qarabağ” 2-ci olacaq.

Madrid klubu "Roma”ya qalib gəlib, "Çelsi”ylə heç-heçə etsə, 3 komanda – Azərbaycan, İtaliya və İngiltərə çempionları 8 xalla qrupu başa vuracaq. Bu vəziyyət şəxsi oyunlarda daha zəif nəticə göstərən "Çelsi”ni qrupda saxlayacaq, ağdamlılar isə 1/8 finala çıxacaq.

İspaniya klubu "Roma”ya qalib gəlib, "Çelsi”yə uduzsa və ya "Atletiko” 2 qələbə qazansa, "Qarabağ”la "Roma” 8 xalla 2-ciliyi bölüşəcək. Belə vəziyyətdə təmsilçimiz romalıları 2 və ya daha top fərqilə, ya da 3-dən çox qol vurub, minimal üstünlüklə udmalıdır.

Əslində, bu variantlar müəyyən qədər inandırıcı sayıla bilər. Bu nəticələrə ümid edən "Qarabağ” özü də qələbələri sıralasa, möcüzə baş verəcək və çempionumuz 1/8 finalda oynayacaq.

Amma qrupdan növbəti raunda yüksəlmək şansları elə qarşıdakı V turda da bitə bilər. "Qarabağ” "Çelsi”ni Bakıda uda bilməsə, Çempionlar Liqasında şansını itirəcək. Bakı Olimpiya Stadionundakı məğlubiyyət Avropa Liqasına vəsiqə verən 3-cü yer şansının itməsi ilə də nəticələnə bilər. Çünki "Atletiko” öz meydanında "Roma”nı məğlub etsə, xal hesabını 6-ya çatdıracaq və 3-cü yer bizim üçün əlçatmaz olacaq.

Qeyd edək ki, hazırda "Roma”nın 8, "Çelsi”nin 7, "Atletiko”nun 3, "Qarabağ”ın 2 xalı var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol