• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Millət vəkili istilik problemindən danışıb

Millət vəkili istilik problemindən danışıb
22.11.2017 14:36
Millət vəkili Fuad Muradov Maarifçi Tələbə Kredit Fondunun büdcədən maliyyələşdirilməsini təklif edib.  
 
Anews.az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkir: 

"Bizim komitəyə tələbələrdən çox müraciət daxil olur. Bu müraciətlərin çoxu onların təhsil haqlarını ödəyə bilməmələri ilə bağlıdır. Bilirsiniz ki, Gənclər Fondu yaradılıb və hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilirlər. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər”. 
 
Millət vəkili "Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazı olduğunu da qeyd edib. O bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb:

"Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. "Azəriqaz” İstehsalat Birliyi və "Azəristiliktəchizat” ASC arasında problem var. "Azəristiliktəchizat”in "Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. "Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın”. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana ixrac artıb
İqtisadiyyat 15:58
Türkiyədən Azərbaycana ixrac artıb
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
İqtisadiyyat 15:17
Azad olunmuş ərazilərdə 5300-dək sakinin məşğulluğu təmin edilib
Azerbaijan central bank keeps dollar rate unchanged
İqtisadiyyat 12:00
Azerbaijan central bank keeps dollar rate unchanged
Azərbaycanda istehlak xərcləri artıb
İqtisadiyyat 11:34
Azərbaycanda istehlak xərcləri artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
İqtisadiyyat 11:33
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:49
Qızılın qiyməti bahalaşıb
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
İqtisadiyyat 10:30
ABŞ birja indeksləri rekord səviyyəyə yüksəldi
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir
İqtisadiyyat 09:43
Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdəndir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol