• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Eldar Mahmudov ölkədən 1 milyard pul çıxarıb - İDDİA

Eldar Mahmudov ölkədən 1 milyard pul çıxarıb -   İDDİA
20.12.2017 09:48
"MTN işi” çərçivəsində istintaqa cəlb olunan sabiq nazir Eldar Mahmudovun həbs ehtimalı artıb. Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib.
 
 
 "Yeni Müsavat”ın yazdığına görə, ötən həftə davamlı olaraq istintaqa dəvət olunan Eldar Mahmudovun  ölkədən 1 milyard dollar çıxardığı haqda məlumatlar var. Qeyri-rəsmi məlumatlara görə, Eldar Mahmudovun Azərbaycandan çıxardığı sərvətin dəyəri qat-qat artıqdır.


Məlumata görə, istintaqda Mahmudova ünvanlanan əsas suallar ölkədən çıxardığı pullarla bağlıdır. Onun oğlunun Böyük  Britaniya Krallığının paytaxtı Londonda sahibləndiyi bahalı əmlaklar barədə olub. İstintaq Eldar Mahmudov ailəsinin sahib olduğu bu əmlakların cinayət yolu ilə əldə olunması qənaətindədir. Odur ki, sabiq nazirin həmin əmlakları qaytarması əsas mövzudur.


Qəzet yazır ki, E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib. Başqa bir mənbə isə  Eldar Mahmudovun dekabrın 19-da  da növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıldığını iddia edib. A.Çovdarovun vəkilinin açıqlamasından sonra "bəs Eldar Mahmudovu kim  ələ verib” sualı açıq qalır. Əcəba, onun sirlərini  əmisi oğlumu açıb?  


Maraqlıdır ki, Eldar Mahmudov hələ də istintaqa vəkili olmadan gedir. Hüquqşünasların  rəyinə görə, bu, ona hələ rəsmi ittiham elan olunmadığını göstərir. Əgər ona ağır cinayət elan olunsa və hesab edilsə ki, Eldar  Mahmudov hansısa səbəbdən öz hüquqlarını müdafiə etmək qabiliyyətində deyil, o zaman ona hətta  dövlət hesabına vəkil təyin oluna bilər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Siyasət 15:19
Prezident Əl Şaraa ilə görüşüb - Yenilənib
Suriya Prezidenti Azərbaycana gəlib
Siyasət 13:06
Suriya Prezidenti Azərbaycana gəlib
İqtisadi Şuranın iclası keçirildi
Siyasət 19:30
İqtisadi Şuranın iclası keçirildi
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Siyasət 13:53
Prezident Əliyev 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqləyib
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Siyasət 11:42
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Siyasət 11:38
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:06
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Siyasət 00:05
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol