• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

“ASAN Viza” daha 14 ölkədə

“ASAN Viza” daha 14 ölkədə
28.12.2017 19:42
Bu il daha 14 ölkə "ASAN Viza” vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd olunub ki, "ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə edilməsi şərtləri” XİN və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə hazırlanmış və bu iki dövlət qurumu tərəfindən təsdiq edilib.

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycana səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından görülmüş aidiyyəti tədbirlər nəticəsində daha 14 xarici ölkə "ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib.

Azərbaycan səfirlikləri tərəfindən vizaların rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması, həmçinin elektron turistik vizaların rəsmiləşdirilməsinin təşviqi və təbliği istiqamətində müvafiq işlər görülüb. Eyni zamanda, müxtəlif ölkələrlə diplomatik və xidməti pasporta malik şəxslərin qarşılıqlı olaraq vizasız səfərlərinin həyata keçirilməsi üzrə müvafiq sazişlər imzalanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Üç gün geomaqnit qasırğası olacaq
Cəmiyyət 11:47
Üç gün geomaqnit qasırğası olacaq
Türkiyə parlamentində deputatlar əlbəyaxa dava edib - Video
Cəmiyyət 11:26
Türkiyə parlamentində deputatlar əlbəyaxa dava edib - Video
Bakıda bacı və qardaş dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:22
Bakıda bacı və qardaş dəm qazından boğularaq ölüb
DİN sosial şəbəkələrdə saxta izləmə və dələduzluq paylaşımlarına qarşı xəbərdarlıq edib
Cəmiyyət 11:13
DİN sosial şəbəkələrdə saxta izləmə və dələduzluq paylaşımlarına qarşı xəbərdarlıq edib
Xudat şəhəri və ətraf kəndlərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Cəmiyyət 10:17
Xudat şəhəri və ətraf kəndlərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir
Cəmiyyət 10:09
Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir
İki gün ərzində 50 cinayətin açılması təmin edilib -DİN
Cəmiyyət 10:08
İki gün ərzində 50 cinayətin açılması təmin edilib -DİN
Göyçayda qadın dəm qazından boğulub
Cəmiyyət 10:03
Göyçayda qadın dəm qazından boğulub
Azərbaycanda amnistiya aktının icrasına başlanılıb
Cəmiyyət 09:57
Azərbaycanda amnistiya aktının icrasına başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol