• $
  • £

Sumqayıtda ailə qız olduğu üçün uşaqdan imtina edib - FOTOLAR

Sumqayıtda ailə qız olduğu üçün uşaqdan imtina edib - FOTOLAR
20.01.2018 17:16
Bəzi ailələrin qız uşaqlarına qarşı biganə münasibəti barədə çox eşitmişik. Ancaq fotosunu təqdim etdiyimiz bu azyaşlı qız uşağı ilə bağlı vəziyyət daha dəhşətlidir. 

Belə ki, ailəsi dünyaya qız olaraq gəldiyi üçün bu uşaqdan imtina edib. Hazırda uşaq Sumqayıt şəhər 5 nömrəli xəstəxanada saxlanılır. Bu barədə "Yeniavaz.com" saytına uşaqla görüşən, onun fotolarını çəkib tibb bacıları ilə həmsöhbət olan şəxslərdən biri məlumat verib. Uşağın fotolarını bizə göndərən həmin şəxsin sözlərinə görə, tibb bacıları bildiriblər ki, 4 aydan çoxdur ki, ailəsi ondan imtina edib: "Uşaq tibb bacılarının nəzarətindədir, vəziyyəti yaxşıdır.
 

Tibb bacıları bildirdilər ki, bu ailəsi tərəfindən imtina edilərək bura gətirilən ilk qız uşağı deyil - 4 belə uşaq olub. Dediklərinə görə, onlardan 2-i uşaq evlərinə yerləşdirilib, 1-i isə xəstə olduğu üçün ölüb. Xəstəxanada qalan yeganə uşaq bu qızdır. Tibb bacıları bildirdilər ki, yəqin bu uşaq da yaxın vaxtlarda körpələr evinə yerləşdiriləcək. Uşağı ilk dəfə görəndə, bu barədə eşidəndə dəhşətə gəldik, axı ailəsi qız olduğu üçün ondan necə imtina edə bilər? Buna necə ürəkləri gəlib? Anlamağa çətinlik çəkirəm. Sağ olsunlar, tibb bacıları uşağın fotolarını çəkməyimə etiraz etmədilər. Sizə göndərirəm ki, ictimailəşdirəsiniz. XXI əsrdə belə ailələr də var, çox təəssüf".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bakıda su borusu partlayıb - VİDEO
Cəmiyyət 14:37
Bakıda su borusu partlayıb - VİDEO
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Cəmiyyət 11:22
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Ağacəkmə aksiyası keçirilib
Cəmiyyət 12:33
Ağacəkmə aksiyası keçirilib
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Cəmiyyət 14:31
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Azərbaycan Ordusunun əsgəri həlak olub
Cəmiyyət 10:11
Azərbaycan Ordusunun əsgəri həlak olub
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Cəmiyyət 22:42
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Cəmiyyət 18:11
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Bu il neçə uşaq
Cəmiyyət 17:42
Bu il neçə uşaq "ASAN Məktub"-a müraciət edib? - RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol