• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

BMT baş katibi: “Soyuq müharibə” qayıtdı

BMT baş katibi: “Soyuq müharibə” qayıtdı
23.04.2018 09:47
BMT-nin baş katibi Antoni Quttereş Təhlükəsizlik Şurasının səmərəsizliyini etiraf edib və deyib ki, yeni "soyuq müharibə” başlayıb. 

Anews.az xəbər verir ki, bununla bağlı o, İsveçin SV telekanalına müsahibəsində danışıb. 

Qərb ölkələrinin Dumaya kimyəvi hücum edildiyi iddiası ilə Suriyaya endirdiyi hava zərbələrinin qanuniliyi ilə bağlı sualı cavablandırarkən Quttereş bildirib ki, belə halların həlli üçün bizim xüsusi qaydalarımız var, ancaq indi geriyə baxmaq vacib deyil. 

"Soyuq müharibə” qayıtdı”, - deyən baş katib əlavə edib ki, XX əsrin analoji dövrü ilə hazırkı proseslərin mühüm fərqləri var. 

"Həmin vaxt ciddi münaqişələr ABŞ və Sovet İttifaqı arasında olub. İndi isə Vaşinqton və Moskva bütü hadisələrə nəzarət etmir. Regionda bir çox ölkələr, xüsusən də Türkiyə, İran və Səudiyyə Ərəbistanı aktivlik göstərir”, - o qeyd edib. 

"Soyuq müharibə” vaxtı dialoq, nəzarət və kommunikasiya üçün funksiyalar vardı. Bu funksiyalar qarşıdurma riski yarandığı zaman hadisələrin nəzarətdən çıxmayacağına zəmanət verir.

Hazırda onların mexanizmləri yoxdur. Bax, buna görə vəziyyət təhlükəli idi və mən şadam ki, vəziyyət sakitləşdi”, - baş katib deyib. 

Quttereş Rusiya və Qərb arasındakı münaqişəni "ciddi” adlandırıb. 

"Biz gərginliyi azaltmaq və dialoqun bərpası üçün hər şey etməliyik”, - o bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mirzoyan Niderlanda səfər edəcək
Dünya 20:10
Mirzoyan Niderlanda səfər edəcək
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Dünya 19:25
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Dünya 19:05
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Япония отвергла призыв Трампа
Dünya 18:41
Япония отвергла призыв Трампа
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol