• $
  • £

Azərbaycanın iki il öncəki Dağlıq Qarabağ qələbələri - FOTOLARDA

Azərbaycanın iki il öncəki Dağlıq Qarabağ qələbələri -  FOTOLARDA
30.04.2018 23:33
2016-cı il aprelin 2-ə keçən gecə Dağlıq Qarabağın təmas xəttində gərginlik baş verdi. Dörd gün davam edən intensiv döyüşlər Ermənistan ordusunun nəzarətində olan Talış kəndinin ətrafındakı bir neçə strateji yüksəklik və bir neçə döyüş mövqeyinin Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülməsi ilə nəticələndi.

 
Azərbaycan tərəfinin məlumatına görə, sözügedən yüksəkliklərdən atəşkəsin dəfələrlə pozulması Goranboy rayonunun bir neçə kəndi və Naftalan şəhərinə ciddi təhlükə törədirdi. Aprel hadisələrinə qədər Talış ətrafındakı yüksəkliklərdən Goranboyun əsasən Tap Qaraqoyunlu kəndi mütəmadi atəşə tutulurdu. İndiyədək mülki əhali arasında həlak olanlar, yaralananlar olub, sakinlərin evlərinə və təsərrüfatlarına xeyli zərər dəyib. Ermənistan tərəfinə görə isə, bu yüksəkliklər onların nəzarətində olan kəndləri atəşdən qorumaq üçün mühüm idi.

Azərbaycan ordusu bu əraziləri nəzarətə götürərkən Dağlıq Qarabağda bütün təmas xətti boyunca salınmış, "Ohanyan səddi” adlandırılan mina və tikanlı məftillərdən ibarət maneə zolağını yarır. Bu sədd aprel hadisələrindən sonra, 2016-cı ilin oktyabrında tutduğu vəzifədən azad edilmiş Ermənistanın sabiq müdafiə naziri Seyrah Ohanyanın adını daşıyır.
 




Tikanlı tellər (Seymur Kazımov /OC Media)

 




Tikanlı tellərdən sonra tankın hərəkətini əngəlləyəcək səngər və "kirpi” (Seymur Kazımov /OC Media)

 





Ermənistan ordusuna məxsus hərbi obyektlər və ləvazimatlar (Seymur Kazımov /OC Media)
 






Döyüş mövqeləri arasındakı yollar, müşahidə obyekti, səngər və sığınacaq (Seymur Kazımov /OC Media)

 




Boşaıldılmış sursat qutuları (Seymur Kazımov /OC Media)
 







Geyim əşyaları (Seymur Kazımov /OC Media)

 






Hərbi obyektin xaricdən və daxildən görünüşü (Seymur Kazımov /OC Media)

 



Ermənistan ordusunun nəzarətindəki Talış kəndinin görüntüsü (Seymur Kazımov /OC Media)


"Bu məqalə "International Alert” təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətinin bir hissəsidir. Layihə Avropa İttifaqının dəstəyi sayəsində Avropa tərəfdaşlığı çərçivəsində Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması (EPNK) məqsədilə həyata keçirilir. Materiallar jurnalistin məsuliyyətidir və "International Alert” təşkilatı və donorlarının nöqteyi-nəzərini əks etdirməyə bilər. Yazıya aprelin 17-i 2018-ci ildə düzəlişlər edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ
Siyasət 14:31
Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ
Cəmiyyət 19:01
"Xocalı Qarabağın sütunu idi, sütunun qırdılar" - 30 illik kədərin şahidi
Dünyanın hər yerindən Rusiyaya çağırış -
Siyasət 10:50
Dünyanın hər yerindən Rusiyaya çağırış - "Müharibəni dayandırın"
Rəsulzadə Bakıdakı abidəsi önündə anıldı - FOTOLAR
Siyasət 17:06
Rəsulzadə Bakıdakı abidəsi önündə anıldı - FOTOLAR
Qarabağdakı rus ordusunun 20 Yanvardakı sovet ordusu ilə bağlılığı varmı? - TƏHLİL
Siyasət 17:47
Qarabağdakı rus ordusunun 20 Yanvardakı sovet ordusu ilə bağlılığı varmı? - TƏHLİL
Siyasət 04:48
"Məni tək qoymayan insan gözümün önündə can verdi" - Füzulidən reportaj
Qarabağda erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib - FOTO
Siyasət 16:07
Qarabağda erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib - FOTO
Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı
Siyasət 11:44
Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı
Siyasət 21:29
"Əli Kərimlidən ayrılmağımın səbəbi onda avtoritar təfəkkürün güclü olmasıdır" - Razi Nurullayev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol